Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:08

Azərbaycan yenidən Fransaya nota verdi


Fransa Milli Assambleyası
Fransa Milli Assambleyası

Dekabrın 4-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb: "Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş "Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması" adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib. Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb".

Açıqlamaya görə, Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin rəsmi Parisin diqqətinə çatdırılacağını bildirib.

Bu açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

BMT Təhlükəsizlik Şurasının qeyd edilən qətnamələrində işğal altında olan Azərbaycan ərazilərinin boşaldılması istənilirdi.

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Fransa səfiri Azərbaycan XİN-ə çağırılacaq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi dekabrın 4-də Fransa Milli Assambleyasının qətnaməsinə münasibət bildirib. Qurumun qeyd etməsinə görə, "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnamənin qəbul olunması Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyətidir: "Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir. Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır".

Açıqlamaya görə, Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli, çoxkonfessiyalı dövlətdir: "Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik".

Sonda da bildirilir ki, Milli Assambleyanın "əsassız, qərəzli" qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və qəti etiraz qarşı tərəfin diqqətinə çatdırılacaq.

Bir müddət öncə Fransa Senatı da Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına aid qətnamə qəbul etmişdi.

Tarixçi alim İlbər Ortaylı Fransa parlamentinin Qarabağ qərarının mümkün təsirləri haqda
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Fransa hökuməti parlamentin çağırışını rədd edib

Dekabrın 3-də Fransanın xarici işlər naziri Jan-İv Le Drian Fransa Milli Assambleyasının Dağlıq Qarabağın müstəqilliyini tanımaq çağırışını rədd edib.

"Deutsche Welle" radiosunun verdiyi xəbərə görə, nazir bildirib ki, Dağlıq Qarabağın tanınmasını "hətta Ermənistan rica etməyib".

O əlavə edib ki, belə bir qərar Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öz səlahiyyətlərinə xitam verməsinə bərabər olardı.

Bundan əvvəl Fransa parlamentinin aşağı palatası - Milli Assambleya Dağlıq Qarabağın tanınmasına və onun əhalisinin mühafizəsinə çağıran qətnamə qəbul etmişdi.

Qətnamənin lehinə 188 millət vəkili səs verib. 16 deputat bitərəf qalıb.

Qətnamənin birinci hissəsində Fransa millət vəkilləri münaqişənin son tənzimlənməsinə nail olmağa çağırırlar: "Belə bir tənzimləmə mülki əhalinin uzun müddətdə təhlükəsizliyinin təmin edilməsinə, sülh prosesinin başlanmasına və Dağlıq Qarabağın tanınmasına yol açardı".

Azərbaycan Fransaya nota verdi
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Qətnaməyə Türkiyə məsələsi də qatılıb

Sənəddə habelə, Fransa hökumətinə partnyorlarla birlikdə Qarabağa humanitar yardım göstərilməsi üçün çağırış edilir.

Qətnamənin üçüncü maddəsində hökumətdən Ankaranın bu münaqişədə "isbat edilmiş" rolunu nəzərə almaqla, Avropa partnyorları ilə birlikdə Türkiyənin Avropa İttifaqı üzvlüyünə doğru hərəkətinə yenidən baxılması rica olunur.

Qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır.

Noyabrın 25-də Fransa Senatı buna bənzər qətnamə qəbul etmişdi.

Bundan sonra Fransa XİN hökumətin Dağlıq Qarabağın müstəqilliyini tanımaq niyyətində olmadığını bildirmişdi. Buna baxmayaraq, Azərbaycan hökuməti Fransa Senatının qətnaməsi ilə bağlı Parisə etiraz notası təqdim etmişdi.

XS
SM
MD
LG