Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:08

‘Miladı evdə keçirin’


Arxiv fotosu
Arxiv fotosu

Britaniyada virusun mutasiyaya uğramış variantının yayılmasının yaratdığı həyəcandan az sonra Cənubi Afrikada başqa bir ştamm aşkarlanıb.

Koronavirus dünyada sürətlə yayıldığı bir dönəmdə rəsmilər əhalini Milad və Yeni il bayramlarını evdə keçirməyə çağırırlar. Eyni zamanda vaksinləmə kampaniyasının genişlənməsi pandemiyanın nəzarətə alınmasıyla bağlı ümid qığılcımları da yaradır.

Britaniyada virusun mutasiyaya uğramış variantının yayılmasının yaratdığı həyəcandan az sonra Cənubi Afrikada başqa bir ştamm aşkarlanıb. Bu variantın da orijinaldan daha yoluxucu olduğu güman olunur.

Dekabrın 23-də Avropanın bir sıra ölkələri Britaniyaya qarşı tələsik qoyduqları səyahət qadağalarını qaldırmağa başlayıblar. İndi səyahətçilərdən yalnız neqativ test nəticələrini təqdim etmək tələb olunur.

Yeni ştammlar

Britaniya isə dekabrın 23-də Cənubi Afrikadan səyahətçilərə qadağa tətbiq edib, bu ölkədə koronavirusun yeni variantının aşkarlandığı bildirilir.

Cənubi Afrikanın Səhiyyə naziri deyib ki, yoluxmalar “təlaş yaradıcı sürətlə” yayılır, testlərin 26 faizi müsbət çıxır.

Ancaq rəsmilər yoluxanların nə qədərinin yeni variantla bağlı olduğunu açıqlamayıb.

Britaniyada olduğu kimi, Cənubi Afrikadakı yeni ştammın daha öldürücü, yaxud vaksinlərə daha davamlı olmasına sübut yoxdur.

Ancaq onların daha yüksək sürətlə yayıldığından səhiyyə rəsmiləri onu anlamağa, yayılmasını önləməyə çalışırlar.

Yeni ştammlar bir sıra digər ölkələrdə də aşkarlanıb.

ABŞ-ın baş infeksionisti Dr. Entoni Fauçi dekabrın 23-də “Bloomberg”ə deyib ki, hələlik, dəlil olmasa da, Britaniyadakı ştammın Birləşmiş Ştatlarda da dolaşması mümkündür.

Fauçinin sözlərinə görə, virusların daim mutasiyaya uğradığını nəzərə alaraq o, digər ştammların Birləşmiş Ştatlarda yayılmasına təəccüblənməz.

1 milyon amerikalıya peyvənd vurulub

Son bir həftədə ABŞ-da günə ortalama 220 minədək yoluxma təsdiqlənir, 119 min nəfər xəstəxanaya yerləşdirilib, günə 2 min 600-dən çox xəstə vəfat edir.

COVID-19 testi - nə qiyməti, nə də nəticəsi vətəndaşı razı salır....
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

Artıq ölkədə 1 milyondan çox şəxsə virusa qarşı vaksinin birinci dozası vurulub. Ancaq amerikalıların əksəriyyətinin vaksinə çıxış etməsi hələ altı ay, daha çox çəkə bilər. İlk növbədə tibb işçilərinə, yaşlılara peyvənd vurulur.

Dekabrın 27-dən AB ərazisində də Pfizer-BioNTech vaksininin vurulmasına başlanacaq.

Latın Amerikasının bəzi yerlərində də peyvəndləməyə start verilib.

Dekabrın 24-də Meksika və Kosta Rikada Pfizer-BioNTech vaksininin ilk dozaları vurulacaq.

Cənubi Amerikada isə Argentina iki vaksini təsdiqlədiyini açıqlayıb. Onlardan biri Pfizer-BioNTech vaksini olsa da, onu hələ əldə etməyib. Digər vaksin isə Rusiyanın hazırladığı Sputnik V vaksinidir, Səhiyyə Nazirliyi onu təcili istifadəyə təsdiqləyib.

Qurum Sputnik V vaksininin “təhlükəsiz və effektiv müalicə aləti” adlandırıb. Ancaq bu vaksin Rusiyada üçüncü mərhələ sınaqlarından keçmədən təsdiqləndiyindən onun səmərəsinə şübhələr var.

XS
SM
MD
LG