Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:35

Lyubov Sobola cinayət işi açılıb


Lyubov Sobol
Lyubov Sobol

Son məlumata görə Lyubov Sobol 48 saat müddətinə saxlanıb

Rusiyanın hüquq-mühafizə orqanları Kremlin qatı tənqidçisi Aleksey Navalnının Antikorrupsiya Fondunun (AKF) hüquqşünası Lyubov Sobol barəsində cinayət işi açıb.

Bu barədə məlumatı dekabrın 25-də AKF-nin direktoru verib.

AKF-nin direktoru İvan Jdanov Twitter-də yazıb ki, müstəntiqlər onu “başqasının mülkiyyətinə zor və ya hədə işlətməklə soxulmaqda” ittiham edirlər.

Xəbər verilir ki, söhbət Sobolun Navalnının zəhərlənməsində iştirakı iddia olunan Federal Təhlükəsizlik Xidməti agentinin qapısını döyməsindən gedir.

***

Korrupsiya ilə mübarizə fondunun hüquqşünası Lyubov Sobol mənzil toxunulmazlığının pozulması maddəsi ilə açılmış cinayət işi üzrə şahid statusu alıb. Bu haqda onun vəkili Vladimir Voronin məlumat verib.

Vəkilin sözlərinə görə, Soboldan istintaq sirrini yaymamaqla bağlı iltizam alınıb. Voroninin deməsinə görə, Sobol belə bir sənədi imzalamaqdan imtina edib.

Dekabrın 23-də Moskvada məhkəmə Sobolu polisə tabe olmamaqda təqsirli bilərək min rubl cərimələyib. O, dekabrın 21-də Konstantin Kudryavtsevin evinin yaxınlığında saxlanıb. Sobol mənzilin zəngini çalsa da açan olmayıb. Saxlanma haqda protokolda deyilir ki, polis “kənar vətəndaşların mənzilə girməyə” çalışması haqda çağırış üzrə gedib, evin yaxınlığında Lyubov Sobolun maşınını aşkarlayıb, o isə sənədlərini təqdim etməyib.

Navalnı isə Sobolun evində axtarışı və istintaqa çağrılmasını “isterik reaksiya” adlandırıb. Onun fikrincə, bütün bunlar “nəinki Kudryavtsevlə danışığın həqiqiliyini təsdiqləyir, həm də təsadüfən FSB-nin məni öldürməyə çalışan adamlarına nə qədər pul verdikləri haqda daha çox informasiya ortaya qoyur”.

Navalnı bloqunda Tomsk və Omskdakı xüsusi əməliyyatdan iki ay sonra Kudryavtsevin Moskvada mənzil aldığını iddia edib.

***

Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun hüquqşünası Lyubov Sobola cinayət işi açılıb. O, mənzil toxunulmazlığını zorakılığın tətbiqi, yaxud onu tətbiq etmək təhdidiylə pozmaqda ittiham olunur. Bu haqda fondun direktoru İvan Jdanov Twitter-də yazıb.

Bu maddə üzrə maksimum cəza 200 min rubladək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrumetmədir. Hazırda Lyubov Sobolun İstintaq Komitəsində olduğu, dindirmənin bütün günü davam edəcəyi bildirilir.

Bu gün – dekabrın 25-də səhər müxalifətçi Alekseyn Navalnının müttəfiqi onun evinə polis gəldiyini haqda xəbər yayıb. Sonradan fond onun dindirilməyə aparıldığını, mənzilində isə axtarış getdiyini bildirdi.

FSB agentilə görüşmək istəmişdi

Navalnı tərəfdarlarının fikrincə, polisin addımı Kremlin tənqidçisi Navalnının zəhərlənməsi ilə əlaqədar Sobolun Federal Təhlükəsizlik Xidməti (FSB) agenti ilə görüşmək istəməsinə cavabdır.

Dekabrın 21-də axşam Sobol bir qrup jurnalist və siyasi fəalla birlikdə Konstantin Kudryavtsevlə görüşməyə cəhd göstərib. Həmin gün Navalnı FSB agenti ilə telefon söhbətinin audiosunu yayıb, səsyazısında Kudryavtsev olduğu bildirilən şəxs FSB-nin zəhərlənmədə rolundan danışıb.

Həmin gün Sobol qısa müddətə polisdə saxlanıb.

Avropanın üç ölkəsində laboratoriya testləri Navalnının Noviçok zəhərli qazıyla zəhərləndiyini müəyyənləşdirib.

Ancaq Rusiya zəhərlənmə üzrə istintaq başlatmaqdan imtina edir, zəhərlənməyə, yaxud onda dövlət agentlərinin iştirakına dəlil olmadığını deyir.

XS
SM
MD
LG