Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:58

Baydenin komandasına milli təhlükəsizliklə bağlı informasiya ‘verilmir’


Co Bayden
Co Bayden

Donald Tramp 2016-cı ildə hakimiyyətə gələndən xarici siyasətini “Öncə Amerika” devizi altında aparıb, bir sıra qlobal alyans və sazişlərdən çıxıb

ABŞ-ın prezidenti seçilmiş Co Bayden Tramp administrasiyası rəsmiləri ilə özünün keçid komandası arasında kommunikasiyada “əngəllər”dən gileylənib. Söhbət milli təhlükəsizliklə bağlı vacib məsələlərdən gedir.

Bayden dekabrın 28-də deyib ki, Müdafiə Departamenti ilə İdarəçilik və Büdcə İdarəsinin liderləri onun komandasına “maneə” yaradırlar.

Qlobal alyanslar

“Milli təhlükəsizliklə bağlı əsas məsələləri üzrə informasiyanı getməkdə olan administrasiyadan ala bilmirik. Fikrimcə, bu, məsuliyyətsizlikdən başqa bir şey deyil”, – Bayden vurğulayıb.

Delaver ştatındakı Vilminqton şəhərində danışan Bayden deyib ki, dünyada ABŞ hərbçilərinin yerləşməsiylə bağlı “aydın mənzərə”ni əldə etmək istəyir.

Bu açıqlamadan öncə Bayden və vitse-prezident seçilmiş Kamala Harris milli təhlükəsizlik üzrə keçid komandaları tərəfindən bilgiləndiriliblər.

Bayden qlobal alyansların yenidən qurulmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, bu alyanslar iqlim dəyişikliyi, COVID-19 pandemiyası ilə mübarizə, Çin tərəfdən artan təhdidə qarşı dayanmaq üçün vacibdir.

“Hazırda nəhəng bir boşluq bar. Bizdən yan keçməklə, yaxud bizsiz işləməyin yollarını tapmağa başlayan dünyanın inam və etimadını yenidən qazanmalıyıq”, – o vurğulayıb.

Donald Tramp 2016-cı ildə hakimiyyətə gələndən xarici siyasətini “Öncə Amerika” devizi altında aparıb, bir sıra qlobal alyans və sazişlərdən çıxıb.

3 noyabr seçkisində uduzandan sonra Tramp Pentaqon rəhbərliyində dəyişiklik edib, Kris Milleri müvəqqəti olaraq müdafiə naziri postuna təyin edib. Miller dekabrın 28-də yaydığı bəyanatda qeyd edib ki. Pentaqonun keçid komandası ilə koordinasiya fəaliyyəti “öncəki administrasiyaların fəaliyyətini ötüb”.

O, keçidi dəstəkləmək üçün departament rəsmilərinin “şəffaf və kollegial şəkildə” şəkildə işi davam etdirəcəklərini söyləyib.

Pentaqonda dəyişiklik İranla münasibətlərdə gərginliyin yaşandığı dönəmə düşür. Tramp ayın əvvəlində İraqdakı ABŞ səfirliyinə raket hücumuna görə İranı ittiham edib.

ABŞ rəsmilərinin fikrincə, İran generalının qətlinin ildönümündə Tehran cavab tədbirləri görə bilər. Bu il yanvarın 3-də ABŞ-ın Bağdad aeroportu yaxınlığına dron zərbəsində İran generalı Qasım Süleymani öldürülüb.

XS
SM
MD
LG