Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

Lavrov: 'Regiona əcnəbi muzdlular gətirilməməlidir'


Sergey Lavrov (solda) və Mevlut Çavuşoğlu
Sergey Lavrov (solda) və Mevlut Çavuşoğlu

Soçidə Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin Strateji Planlama üzrə Birgə Qrupunun iclası keçirilib

Sergey Lavrovun deməsinə görə, müzakirələrdə əsas diqqət Dağlıq Qarabağdakı duruma verilib. O, Ankaranın münaqişə tərəflərinin öhdəliklərinin icrasını asanlaşdırmaq arzusunun alqışlandığını qeyd edib. “Bu birgə mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılığı nəticəsində qurulur və hazırda aktiv yerləşmə prosesi gedir”, – o deyib.

“Ümumi rəyimiz belədir ki, tərəflərdən heç biri Dağlıq Qarabağdakı vəziyyətdən istifadə edərək regiona əcnəbi muzdlular gətirməməlidir. Burada türkiyəli həmkarlarımızla eyni mövqeyi paylaşırıq”, – Lavrov vurğulayıb.

Xaricdən muzdlu döyüşçü gətirmək qadağandırmı? - Beynəlxalq konvensiya
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Qarabağ müharibəsi zamanı Azərbaycan və Ermənistan bir-birini muzdlu döyüşçülərdən istifadədə suçlayıb. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev buna dəlil tələb etdiyini deyib.

***

Türkiyənin Rusiyayla münasibətləri onun NATO və Avropa Birliyi ilə əlaqələrinə alternativ deyil. “Reuters” agentliyinin məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

NATO üzvü ABŞ Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri almasına görə ona sanksiyalar tətbiq edib. Avropa Birliyi isə Türkiyənin Aralıq dənizində Yunanıstan və Kiprlə mübahisəsindən dolayı Ankaraya cəza tədbirləri hazırlayıb.

Türkiyə Rusiyanın COVID-19-a qarşı Sputnik V vaksinini hazırlayacaq. Çavuşoğlunun sözlərinə görə, Türkiyə Rusiyadan vaksin haqda əlavə informasiya istəyib. Səhiyyə naziri Fahrettin Koca bazar ertəsi hökumətin iclasında deyib ki, hər şey qaydası üzrə gedir.

***

Türkiyənin Xarici işlər naziri Mevlut Çavuşoğlu bu gün – dekabrın 29-da Soçidə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Soçidə Rusiya və Türkiyə Xarici İşlər Nazirliklərinin Strateji Planlama üzrə Birgə qrupunun iclası keçirilib.

“Altıtərəfli format daxil olmaqla...”

Çavuşoğlu Qarabağda atəşkəs üzrə birgə müşahidə mərkəzinin qurulmaqda olduğunu vurğulayıb.

“Məqsədimiz davamlı sülh və sabitlikdir. Altıtərəfli format daxil olmaqla bütün imkanlarımızı səfərbər etməliyik. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan əlaqələrini normallaşdıra bilərik”, – o deyib.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuata bəyanatında altıtərəfli formatdan danışıb. O, ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyinin olduğunu xatırladıb və qeyd edib ki, bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim etmək olar.

“Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq, ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər”, – Əliyev deyib.

Çavuşoğlu Rusiya ilə əməkdaşlığın əhəmiyyət daşıdığını vurğulayıb.

Bu il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunub. Azərbaycan 44 günlük müharibə ilə, noyabrın 9-dək tutduğu mövqelərdə qalıb. Ermənistanın 1994-cü ilədək işğal etdiyi yeddi rayona nəzarət Azərbaycan ordusuna keçsə də təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Qarabağın bəzi hissələrinə erməni və rus qüvvələri nəzarət edir.

Qarabağda atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə Birgə Müşahidə Mərkəzinin Ağdamda qurulduğu bildirilir.

Elmar Məmmədyarov: 'Ermənilər özlərini aldadırlar'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Bu il Türkiyəyə 2 milyon rusiyalı turist gedib

Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, Çavuşoğlu görüşdə pomidor başda olmaqla digər məhsullara tariflərin qaldırmağın, ticarəti asanlaşdırmağın vacibliyini vurğulayıb.

“Rusiya vətəndaşları ölkəmizə vizasız gələ bilirlər. Türkiyə vətəndaşları üçün də vizaların ləğvinin vacibliyini vurğuladıq”, – o deyib.

Nazirin sözlərinə görə, bu il pandemiyaya baxmayaraq Türkiyədə 2 milyon rusiyalı turist gedib. Ötən il bu rəqəm 7 milyon olub.

XS
SM
MD
LG