Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:33

Britaniyada AstraZeneca vaksinini vurmağa başlayırlar


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-da 13 milyondan çox vaksin paylanmasına baxmayaraq tibb işçiləri, həssas qruplara peyvənd vurulmasına logistik əngəllər var, xəstəxanalar dolub

Britaniyada isə Oksford Universiteti və AstraZeneca şirkətinin hazırladığı vaksinin tətbiqinə başlanıb.

Bu vaksin ilk olaraq 82 yaşlı dializ xəstəsi Brayən Pinkerə vurulub.

Yanvarın 4-dək bu vaksinin 530 min dozasının istifadəyə hazır olduğu xəbər verilir.

Pfizer-BioNTech vaksini də ilk dəfə Britaniyada istifadəyə təsdiqlənib və bir milyondan çox insana birinci dozanın vurulduğu bildirilir.

***

Birləşmiş Ştatlarda COVID-19-dan ölü sayı ‘şişirdilməyib’

ABŞ-ın aparıcı səhiyyə rəsmiləri ölkədə COVID-19-dan ölü sayının şişirdilməsilə bağlı Prezident Donald Trampın iddialarını təkzib edib.

Tramp yanvarın 3-də Twitter-də yazıb ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölü sayının müəyyənləşdirilməsində “digər ölkələrlə müqayisədə gülünc metoddan istifadə edir, onların çoxu bilərəkdən çox qeyri-dəqiq və aşağı statistika göstərir”.

Tramp bu iddianı dəlil göstərmədən səsləndirib, deyib ki, səhiyyə rəsmiləri ölümün səbəbinə şübhə edəndə onu COVID-19-la əlaqələndirirlər.

4.2 milyon nəfərə peyvənd vurulub

Baş sanitar həkim Cerom Adams CNN-ə deyib ki, mərkəzin rəqəmlərinə şübhə etməyə əsas görmür. Ölkənin baş infeksionisti Entoni Fauçi isə ABC-yə söyləyib ki, “onlar real rəqəmlər, real adamlar və real ölümlərdir”.

Fauçi milyonlarla amerikalıya peyvənd vurulmasını da müdafiə edib. İndiyədək 4.2 milyonadək insana Pfizer/BioNTech, yaxud Moderna vaksinlərinin ilkin dozası vurulub. Ancaq yeni ilədək 20 milyona nəfərə peyvənd vurulacağı deyilirdi.

Ölkə üzrə 13 milyondan çox vaksin paylanmasına baxmayaraq tibb işçiləri, həssas qruplara peyvənd vurulmasına logistik əngəllər var, xəstəxanalar dolub.

“Bəzi çətinliklər olub. Bu anlaşılandır”, – deyən Fauçi indi günə 500 min nəfərin vaksin olunduğunu qeyd edib ki, bu da ötən ay proqram başlanandan daha yaxşı göstərici deməkdir.

İndiyədək ABŞ-da 20.6 milyon nəfərin koronavirusa yoluxduğu, onlarsan 351 mindən çox xəstənin vəfat etdiyi təsdiqlənib. Dünya üzrə isə aşkarlanmış yoluxma sayı 85 milyondur, 1.8 milyon nəfər vəfat edib.

Çin

Pekində vaksin vurdurmaq üçün növbələr yaranıb. Fevralda Çin Yeni İli öncəsi milyonlarla sakinə peyvənd vurmağa çalışırlar.

Dövlət mediasının yanvarın 3-də yaydığı xəbərə görə, son iki gündə Pekində 73 mindən çox uşağa vaksinin birinci dozası vurulub.

Yeni il ərəfəsində səhiyyə orqanları “Sinopharm” şirkətinin hazırladığı vaksin namizədini də “şərti” təsdiqləyib. Şirkət vaksinin 79 faiz effektli olduğunu bildirir.

Pekində artıq 4.5 milyon doza vaksinin vurulduğu bildirilir. İndi ölkədə yüksək risk qruplarına, xaricdə təhsilini davam etdirmək istəyənlərə peyvənd vurulmasına başlanmalıdır.

Koronavirus ilk dəfə 2019-cu ilin sonunda Çində aşkarlanıb. Ölkə dərhal karantin tədbirləri görməklə, kütləvi testlər aparmaqla virusun kökünü demək olar kəsə bilib.

Yaponiya

Yaponiyanın Baş naziri Yoşihide Suqa yanvarın 4-də bildirib ki, Böyük Tokio metropolitan ərazisində fövqəladə vəziyyət elan oluna bilər. Ölkədə koronavirusa yoluxmaların artması tibb sisteminə gərginlik yaradır.

Dekabrın 31-də Yaponiyada rekord 4 min 520 yoluxma aşkarlanıb. Bu rəqəmin nisbətən az olmasına baxmayaraq, ölkə bu il keçirilməsi planlaşdırılan Olimpiya oyunlarına görə diqqət mərkəzindədir. Tədbir ötən il keçirilməliydi, təxirə salındı.

Suqa hökumətin Olimpiya oyunlarına ev sahibliyi edəcəyini bir daha vurğulayaraq deyib ki, fevralın sonundan sakinlərə peyvənd vurulmasına başlanacaq.

XS
SM
MD
LG