Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ alırlar


Co Bayden (sağda) və senator seçilmiş Rafael Uornok
Co Bayden (sağda) və senator seçilmiş Rafael Uornok

ABŞ-ın Corciya ştatında Senata seçkinin yanvarın 5-də keçirilən ikinci dövrəsində Demokrat Partiyasından olan hər iki namizəd qalib gəlib.

Onların respublikaçı rəqiblərinə azacıq səs fərqi ilə qalib gəldikləri bildirilir.

Demokrat Rafael Uornok ştatın tarixində ilk afroamerikalı senator olacaq.

Sənədli filmlər çəkən studiyanın direktoru işləyən 33 yaşlı Con Ossoff respublikaçı Devid Perdyuya qalib gəlib.

Perdyu 6 il idi ki, ABŞ Senatında Corciya ştatını təmsil edirdi.

Qələbəni təmin edən fərqin cüzi olmasına baxmayaraq, bu uğur Demokrat Partiyası üçün böyük nailiyyət sayılmalıdır.

Beləki indi ABŞ senatında hər iki partiya eyni sayda – hərəsi 50 olmaqla senatora malik olacaq.

Bundan əvvəl Senat çoxluğu Respublikaçı Partiyaya məxsus idi. Amma indi mübahisəli məsələlərin səsverməsində mövcud qaydalara görə vitse-prezident də iştirak edəcək. Vitse-prezident eyni zamanda Senatın sədri hesab olunur.

Bu demokratlara əlavə 1 səs vermiş olacaq.

Beləliklə bundan sonra demokratlar ABŞ Konqresinin hər iki palatasında çoxluğa sahib olacaqlar.

Bu, prezident seçilmiş Co Baydenə planlaşdırdığı qanunvericilik aktlarını nisbətən rahatlıqla həyata keçirmək imkanı verəcək.

***

Artıq Con Ossoff da qələbəsini elan edib. Bülletenlərin 98 faizi sayılandan sonra o, 50.2, rəqibi Perdyu isə 49.8 faiz səs yığıb. Osof cəmi 16 min 370 səs öndədir.

“Corciya, mənə etimad etdiyinizə görə minnətdaram. Sizin dəstəyiniz, etimadınız məni şərəfləndirir, sizə xidmət etməyi səbirsizliklə gözləyirəm”, – Osof televiziya ilə yayılan bəyanatında deyib.

Rəsmilərsə xəbərdarlıq edirlər ki, dairələr poçtla göndərilən bülletenləri hələ sayır, nəticələr bir neçə gün dəqiq bilinməyə bilər.

***

Corciyada Senata seçkinin ikinci raundunda iki həlledici yerdən birinin qalibi demokrat Rafael Uornokdur, ABŞ-ın çoxsaylı media orqanı bu haqda xəbər yayıb. Vornok Corciyadan senata düşən ilk qaradərili senator olacaq.

Bununla demokratlar Senatı nəzarətə almağa daha da yaxınlaşırlar. Tam nəzarət üçün ikinci yer də demokratlara keçməlidir.

Con Ossofla respublikaçı Deyvid Perdyu arasında səs fərqi çox azdır.

***

ABŞ-ın Corciya ştatında Senatda iki yerə seçkinin ikinci turu başa çatıb, amma nəticələr hələ dəqiq bəlli deyil.

Səssaymanın 98 faiz tamamlandığı xəbət verilir. Demokrat Rafael Uornok Senator Kelli Loeflerdən 1 faizdən də az öndədir. Demokrat Con Ossofla Senator Deyvid Perdyunun yığdığı səs sayı isə bir-birinə çox yaxındır.

2 yeri demokratlar qazanarsa...

Səssayma yanvarın 6-na keçən gecə davam edib. Rəsmilər bildiriblər ki, nəticələr bir neçə gün bilinməyə bilər, çünki bəzi dairələrdə poçtla göndərilən bülletenlər sayılmaqdadır.

Bu seçki Senata nəzarət məsələsini müəyyənləşdirəcək. Demokratlar udarsa Senat 50-50-yə bölünmüş olacaq, ancaq Vitse-prezident Kamala Harrisin səsvermə hüququ Senata demokratların nəzarət edəcəyi anlamına gəlir. Nümayəndələr Palatasında isə nəzarət demokratlara məxsusdur.

Senatda çoxluq yeni prezident seçilmiş Co Baydenə qanunevriciliyik təşəbbüslərini həyata keçirmək imkanı yaradacaq.

Respublikaçılar bircə yeri qazanarsa üstünlüyü saxlamış olacaq. Onların mövqeyincə, bununla Bayden administrasiyasına nəzarət imkanı əldə edəcəklər, həmçinin Donald Tramp administrasiyası vaxtı həyata keçirilmiş mühafizəkar siyasəti qoruyub saxlayacaqlar.

Konqresin birgə iclası olacaq

Bu gün – yanvarın 6-da Konqres birgə iclasında Seçici Kollegiyasının Baydenin prezident seçkisində qələbəsilə bağlı rəyini təsdiqləməlidir.

Bu prosedur əslində formal sayılsa da Nümayəndələr Palatasının onlarla üzvü, azı 12 senator qələbinin təsdiqlənməsinə etirazlarını bildirəcəklərini deyiblər.

Belə bir addım hər iki partiyada seçki saxtakarlığı iddiaları üzrə debata səbəb olacaq. Ancaq seçkinin nəticəsini ləğv etmək şansı çox azdır.

Miçiqan Universitetinin Hüquq Məktəbində konstitusiya hüququ üzrə professor Brayan Kalt AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, respublikaçıların cəhdi “tamamilə mənasız”dır, çünki onların ştatlarda nəticələri ləğv etməyə yetərincə səsi yoxdur.

Konqresdə birgə iclas vaxtı Vaşinqtonda Tramp tərəfdaşlarının nümayişləri gözlənir. Artıq onların çoxu yanvarın 5-də Vaşinqtona gedib.

Tramp Twitter-də tərəfdarlarını alqışlayıb, yerli vaxtla səhər 11-də onların qarşısında çıxış edəcəyini deyib.

Prezident 3 noyabr seçkisində irimiqyaslı saxtakarlıqla bağlı əsassız iddialar səsləndirir, məhkəmələr qarşısında iddiaları isə rədd olunub.

XS
SM
MD
LG