Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:55

Şərq Tərəfdaşlığı üzvlərinə vaksin dəstəyinə çağırış edilib


Avropa İttifaqına daxil 13 ölkənin xarici işlər nazirləri Şərq Tərədaşlığının üzvü olan ölkələrə koronavirusa qarşı vaksinlərə sərbəst və ədalətli çıxış verilməsinə çağıran məktubu Avropa Komissiyasına təqdim ediblər.

Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, habelə Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus daxildir.

AzadlıqRadiosunun Avropa müxbiri sözü gedən məktubun surətini dərc edib.

Məktub müəllifləri Avropa Komissiyasını Qərbi Balkan ölkələrinin COVID-19-a qarşı preparatlarla təchizatını təmin edən mexanizmin Şərq Tərəfdaşlığına da şamil edilməsinə çağırıblar.

Avrokomissya ötən ilin sonunda Qərbi Balkan ölkələrinə vaksin alınması məqsədilə 70 milyon avroluq qrant ayırıb.

Xarici işlər nazirlərinin fikrincə belə bir addım Avropa İttifaqının bütün dünyadakı nüfuzunu daha da artırardı.

TASS agentliyinin Brüsseldəki mənbələrindən biri deyib ki, vaksinlərə sadələşdirilmiş çıxışın verilməsi diploamtik təsirin mühüm alətlərindən biridir.

Əvvəl özlərini peyvəndləyəcəklər

Bununla belə həmin mənbə əlavə edib ki, başqa ölkələr üçün sadələşdirilmiş vaksin çıxışı, yalnız ittifaq ölkələri özləri üçün zəruri doza həcmini əldə etdikdən sonra mümkün ola bilər.

Bu arada Avropa İttifaqı koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşib.

İttifaqın bir çox ölkələri sərt karantin qaydaları tətbiq edirlər.

Bəzi ölkələrdə risk qrupuna daxil olan insanların – həkimlərin, sosial xidmət işçilərinin və yaşlıların vaksinasiyasına başlanıb.

Avropa İttifaqında peyvəndləmə üçün Pfizer və BioNTech vaksinlərinə lisenziya verilib. Yanvarın 6-da Moderna vaksini də lisenziya alıb.

Amma hələlik Avropa ölkələrində kütləvi vaksinləmənin həyata keçirilməsini əngəlləyən preparat çatışmazlığı var.

Koronavirusu indi də türkəçarə ilə müalicəyə cəhd edənlər var
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2 min 383 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 26 nəfər də vəfat edib:

"İndiyədək Azərbaycanda ümumilikdə 222 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 min 596 nəfər sağalıb, 2 min 818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 min 786 nəfərdir".

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 364, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 231 min 993 test aparılıb.

XS
SM
MD
LG