Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Övladlarının Qarabağda xidmət etməyəcəyinə qarantiya tələb edirlər


Ermənistanda hərbi qulluqçuların valideynləri Vazgen Sarkisyan adına Hərbi Universitetin qarşısında aksiya keçiriblər.
Ermənistanda hərbi qulluqçuların valideynləri Vazgen Sarkisyan adına Hərbi Universitetin qarşısında aksiya keçiriblər.

Ermənistanda hərbi qulluqçuların valideynləri Vazgen Sarkisyan adına Hərbi Universitetin qarşısında aksiya keçiriblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna danışan bir valideyn deyib ki, onlarda olan informasiyaya görə övladlarını hərbi xidmət üçün Qarabağa aparacaqlar.

Valideynin sözlərinə görə onlar övladlarının təhlükəsizliyinə qarantiya tələb edirlər:

“Razılaşmaya görə Ermənistan qoşunlarını Qarabağdan çıxarmalıdır, amma uşaqları yenə Qarabağa aparırlar. Bir tərəfdən deyirlər ki, qoşunları çıxarmaq lazımdır, amma bizim uşaqlarımızı yenə aparırlar. Zabit heyətindən heç kəs yoxdur, uşaqlar avtobuslarda təkbaşınadırlar. Bu uşaqlar 40 gün ölümlə üzləşiblər, dostlarının həlak olmasını görüblər”.

Başqa bir aksiya iştirakçısı isə deyib:

“Biz oğlanlarımızın orduya getməsinin əleyhinə deyilik. Amma biz bilməliyik ki, onlar hara və hansı şəraitdə gedirlər.Bizim əsgərimizin qayıdacağına və hətta Qarabağa çatıb-çatmayacağına qarantiyamız yoxdur”.

İlham Əliyev:"Onlar terrorçudurlar"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Azərbaycan iddiaları rədd edir

Bu arada Ermənistanın insan haqları ombudsmeni Arman Tatoyan deyib ki, bütün hərbi əsirlər dərhal azad olunmalı və heç bir qeyd-şərt qoyulmadan Ermənistana qaytarılmalıdır.

Tatoyan narazılıq edir ki, 10 noyabr 2020-ci il tarixli razılaşmanın 8-ci bəndində əsirlərin və başqa saxlanan şəxslərin mübadiləsinin dəqiq müddətləri barədə müddəa yoxdur:

“Amma bu o demək deyildir ki, Azərbaycan hakimiyyəti insan haqları və humanitar razılaşmalar sahəsində beynəlxalq tələbləri daim poza bilər. Əsirlərin qaytarılması süni şəkildə uzadılır, onların real sayı bildirilmir və hətta sayın az göstərilməsinə cəhd edilir. Eyni zamanda onlara işgəncə verilir və qeyri-insani rəftar edilir”.

Tatoyan deyib ki, hərbi əsirlər barədə Bakının mövqeyi ilə razı deyil:

“Azərbaycan hakimiyyətinin əsirlikdə olan həmvətənlərimizin hərbi əsir yox, terrorçu olduqlarına dair bəyanatları müharibə sonrası humanitar prosesi və insan haqlarının müdafiəsinə dair beynəlxalq tələbləri pozur”.

Rəsmi Bakı bu yaxınlarda Azərbaycanda 5 nəfərin - 2 hərbçi və 3 mülki şəxsin olduğunu bildirib.

Azərbaycan tərəfi əsirlərin “hamını hamıya” prinsipi ilə dəyişməyə hazır olduğunu bildirib.

Ölkə rəsmiləri Ermənistanı azərbaycanlı hərbi əsirlərlə pis rəftarda ittiham edirlər.

Bu yaxınlarda Azərbaycan tərəfinə qaytarılmış hərbi əsirlər Ermənistanda onlara işgəncə verildiyini bildiriblər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə və sonrakı razılşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

10 noyabr sazişindən sonra da bölgədə bir neçə dəfə atəşkəsin pozulduğu, itkilərin olduğu bildirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG