Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Rusiya Sputnik V vaksininin ‘yüngül variantını’ hazırlayıb


Rusiya Səhiyyə Nazirliyi “Sputnik Layt” preparatının klinik sınaqlarına icazə verib.

Bu barədə məlumatı nazirliyə istinadən AzadlıqRadiosunun Rus xidməti verib.

Sınaqlar Moskvadakı Qamaleya mərkəzində aparılacaq.

Sınaqlara yanvarın 8-də başlanıb və onların 2021-ci ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.

Sınaqlarda 150 könüllü iştitirak edir.

Bu preparat əzələdaxili inyeksiya üçün hazırlanmış məhluldan ibarətdir və bir doza 0,5 milliqaramdır.

Sınaqlar Moskvadakı Seçenov Universitetinin və Sankt Peterburqdakı iki təşkilatın - “Eko-təhlükəsizlik” elmi-tədqiqat mərkəzinin və Smorodintsev adına ETİ-nin bazasında keçirilir.

Daha qısamüddətli immunitet

Qamaleya mərkəzinin direktoru Aleksandr Qintsburq deyib ki, “layt vaksinin” tərkibində Sputnik V vaksininin iki komponentindən biri olacaq.

Sputnik V vaksini ilə peyvəndləmə iki doza ilə həyata keçirilir.

Qintsburqun sözlərinə görə vaksinin “yüngül variantı” daha qısa müddətdə, bəlkə də üç-dörd ay immunitet yaradacaq.

Bu da qeyd olunur ki, yüngül vaksin vurulduqdan sonra da koronavirusa yoluxmaq mümkündür, lakin bu zaman xəstəlik daha yüngül formada keçir.

Qintsburq bildirib ki, layt-vaksindən sonra pasientə Sputnik V vaksininin ikinci komponenti də vurula bilər.

“Bu heçnədənsə daha yaxşıdır”

Meçnikov adına vaksin ETİ-nin laboratoriya müdiri Mixail Kostinov deyib ki, yüngül vaksinin vurulmasından sonra müdafiə mexanizmi bir qədər fərqli ifadə olunur:

“Elə bil ki, sizdə anticism yoxdur, lakin hüceyrələrin hamısı həssaslaşdırılıb. Onlar anticsmi tanıya bilir. Odur ki siz lap koronavirusa yoluxsanız da, sizdə isə anticismlər yoxdursa belə, siz bu hüceyrə mexanizminin sayəsində müdafiə olunmuş olacaqsınız”.

Beləliklə, aydın olur ki, sınaqlardan məqsəd də belə bir “hüceyrə mexanizminin” yaranıb-yaranmamasını müəyyənləşdirməkdir.

Kostinovun sözlərinə görə “bu heçnədənsə daha yaxşıdır”.

Rusiyanın verdiyi rəsmi məlumata görə Sputnik V vaksini vurulduqdan 21 gün sonra onun effektivliyi 91, 4 faizə çatır.

Bu məlumatı Gamaleya mərkəzi və Rusiya Birbaşa İnvestisiyalar Fondu verib.

Lazımi qədər doza hazır olmaya bilər

COVID-19-a qarşı Sputnik V vaksini rəsmi qaydada avqustun 11-də qeydiyyatdan keçib. O bütün dünyada qeydiyyatdan keçmiş ilk koronavirus vaksini sayılır.

Burası da var ki, xarici ekspertlər Rusiya vaksinin effektivliyinə şübhə edirlər. Üstəlik də bu vaksin dövlət tərəfindən qeydiyyata alınanda hələ sınaqların ikinci fazasını da tam keçməmişdi.

Üçüncü fazadan sonra Sputnik V-in effektivliyinin 5 faizə çatdığı xəbər verilmişdi. Bu sınaqların nəticələri hələlik müstəqil ekspertlər tərəfindən qiymətləndirilməyib.

The Bell təhqiqat saytı yazır ki, bu vaksinin kütləvi istehsalı hələ də işə salınmayıb və bu ilin sonunadək vaksinin 500 min dozasını hazırlamaq mümkün olmayacaq.

Vaksini hazırlayan müəssəsilərdən birindəki mənbə bildirib ki, “bu qış əhalinin zəruri olan hissəsinin peyvəndlənməsi üçün kifayət qədər dozanın olmayacağı artıq aşkardır”.

XS
SM
MD
LG