Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:16

Bayden Trampın bəzi qərarlarının əksinə fərmanlar imzalayır


Co Bayden
Co Bayden

46-cı prezident Ağ evə Birləşmiş Ştatlar üçün asan keçməyən dönəmdə daxil olur

ABŞ Prezidenti Co Bayden yanvarın 20-də and içəndən sonra Donald Trampın bəzi əsas siyasi təşəbbüslərini ləğv edən fərmanlar imzalayıb. Buraya immiqrasiya, iqlim dəyişikliyi, koronavirus pandemiyası ilə mübarizə sahəsində sənədlər daxildir.

46-cı prezident Ağ evə Birləşmiş Ştatlar üçün asan keçməyən dönəmdə daxil olur. Ölkə siyasi baxımdan dərindən parçalanıb, irqi gərginlik yüksəkdir, iqtisadiyyat pandemiyadan əziyyət çəkir, bir sıra müttəfiqlərlə münasibətlər soyuyub.

ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Miqrantlar, səyahət qadağası, iqlim sazişi

Bayden 12-dən artıq əsasən müsəlman və Afrika ölkəsindən ziyarətçilərə səyahət qadağasını qaldırıb, ABŞ-Meksika sərhədində divar tikintisini dayandırıb. Daha bir memorandumla Daxili Təhlükəsizlik Departamenti və Baş Prokurora göstəriş verilir ki, ölkəyə uşaq ikən gəlmiş miqrantları deportasiyadan qoruyan proqramı qüvvədə saxlasın.

Tənqidçilər Trampın siyasətinin Birləşmiş Ştatlarda etnik və irqi narazılığı qızışdırdırdığını deyirlər.

Bayden Birləşmiş Ştatların Paris iqlim sazişinə qayıtmasıyla bağlı fərmanı da imzalayıb. Avropadakı müttəfiqlər bu qərarı alqışlayıb, bunun Birləşmiş Ştatların iqlim dəyişikliyi ilə qlobal mübarizədə kömək göstərəcəyini deyiblər.

Son dövrlərin yalnız iki prezidenti vəzifədə olduqları ilk gündə sərəncamlar imzalayıb, o da birini. Bayden isə daha təcili hərəkətə keçməli olub.

“Yenidən dünya ilə işləyəcəyik”

O, ölkə sərhədlərini aşan mesaj da verib, digər ölkələrlə alyansların bərpa olunacağını deyib.

“Alyansları bərpa edəcək, yenidən dünya ilə işləyəcəyik, dünənin deyil, bu günün və sabahın problemlərini yoluna qoyacağıq”, – Bayden vurğulayıb.

“Amerika sınağa çəkildi və daha da gücləndi”, – deyə Bayden Tramp tərəfdarlarının Kapitoliyə 6 yanvar basqınına eyham vurub.

Adətən dinc keçidi bayram edən onminlərlə amerikalının yerinə bu dəfə onminlərlə bayraq sancılıb, tədbirin keçirildiyi ərazi isə zorakılıq təhlükəsi səbəbindən hasarlanıb.

Baydenin andiçməsindən bir neçə saat sonra Senatın üç yeni demokrat üzvü and içib. Hazırda Konqresin hər iki palatasına nəzarət demokratların əlindədir və bu da Baydenə 2022-ci ilin aralıq seçkilərinə qədər öz siyasətini həyata keçirmək imkanı verir.

XS
SM
MD
LG