Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

Senat Blinkeni dövlət katibi vəzifəsinə təsdiq etdi


Entoni Blinken
Entoni Blinken

Blinkenin ilk vəzifələrindən biri də ABŞ-la İran arasında yaranmış gərginliyin aradan qaldırılması, Çinlə getdikcə artan ixtilafların yoluna qoyulması olacaq

ABŞ Senatı Entoni Blinkeni ABŞ dövlət katibi vəzifəsinə təsdiqləyib.

Yanvarın 26-da diplomatiya veteranı və prezident Co Baydenin uzun müddət müşaviri olmuş Blinkeni hər iki partiyadan olan senatorlar dəstəkləyiblər.

Blinken ABŞ-ın 1 nömrəli diplomatı kimi Trampın dörd il sürən “Əvvəlcə Amerika” siyasətindən sonra ölkəsini qlobal siyasət meydanına qaytarmaq vəzifəsini yerinə yetirməlidir.

Tramp NATO da daxil beynəlxalq təşkilatlara laqeyd yanaşırdı. Bu səbəbdən ABŞ istər rəqibləri, istərsə də müttəfiqləri ilə tez-tez qarşıdurma vəziyyətinə düşürdü.

Təhlilçilər deyirlər ki, Blinkenin ilk vəzifələrindən biri də ABŞ-la İran arasında yaranmış gərginliyin aradan qaldırılması, Çinlə getdikcə artan ixtilafların yoluna qoyulması olacaq.

Blinken Baydenin birinci vitse-prezidentlik müddətində onun milli təhlükəsizlik müşaviri olub, daha sonra prezident Barak Obamanın milli təlükəsizlik müşavirinin müavini vəzifəsinə keçib.

O Obama administrasiyasının Dövlət Departamentində ikinci şəxs mərtəbəsinədək yüksələ bilib.

***

ABŞ Senatı Canet Yelleni Maliyyə Departamentinin rəhbəri postuna təsdiqləyib. O, həmin vəzifədə işləyəcək ilk qadındır.

Prezident Co Baydenin maliyyə naziri olan Yellen onillərdən bəri ən ağır böhranla üzləşmiş ABŞ iqtisadiyyatını sabitləşdirməyə çalışacaq.

Yellen Vaşinqtonda yaxşı tanınır, daha öncə Federal Ehtiyatlar Sisteminin ilk qadın başçısı oldu, Ağ evin İqtisadi Müşavirlər Şurasına rəhbərlik edib.

1.9 trilyon dollarlıq paket

74 yaşlı Yellenin prioriteti Baydenin iqtisadi siyasətini cızmaq olacaq. Ölkə iqtisadiyyatı COVID-19 pandemiyasından əziyyət çəkir. Bayden 1.9 trilyon dollarlıq iqtisadi yarım paketinin Konqresdə təsdiqlənməsini istəyir.

Layihədə vaksinasiyaya maliyyə ayrılması, işdən çıxarılmış amerikalılara həftəyə 400 dollar, daha sonra əhalinin əksər hissəsinə 1400 dollar nağd pul verilməsi nəzərdə tutulur.

Bayden administrasiyası bildirir ki, iqtisadiyyatda geriləməni önləməkdən ötrü əlavə vəsait lazımdır.

Bayden Konqresdəki respublikaçılarla danışıqların daha iki həftə çəkəcəyini deyib.

Respublikaçılar yardım paketini təsdiqləməyə meylli deyillər. Ötən ay 900 milyard dollarlıq paket, pandemiyanın əvvəlində isə 2.2 trilyon dollarlıq yardım paketi təsdiqlənmişdi.

Yanvarın 25-də Senatın Xarici əlaqələr komitəsi Baydenin dövlət katibi postuna namizədini də təsdiqləyib. Veteran diplomat Entoni Blinkenin namizədliyi bu gün – yanvarın 26-da Senatda səsverməyə çıxarılmalıdır.

Blinkenin namizədliyini hər iki partiya dəstəkləyir. Respublikaçılar daxil bir çox konqresmenlər senatı təsdiqləmə prosesini sürətləndirməyə çağırıblar, çünki beynəlxalq arenada həllini gözləyən bir çox məsələlər var.

Dövlət katibi “ABŞ-ın milli təhlükəsizliyi üçün vacibdir. Senat onu sürətlə təsdiqləməlidir”, – Senator Bob Menendez Twitter-də yazıb.

Senatda təsdiqlənəcəsi halda, Blinken bu vəzifədə Mayk Pompeonu əvəzləyəcək. Pompeo Donald Tramp administrasiyasının ən uzunömürlü üzvü idi.

Blinken Amerika diplomatiyasını, Trampın dörd illik “Öncə Amerika” siyasətindən sonra beynəlxalq qurumlarla işi yeniləməli olacaq.

Onun əsas prioritetləri İranla gərginliyi azaltmaq, müttəfiqlərlə zədələnmiş münasibətləri bərpa etmək, Çinlə münasibətləri idarə etmək olacaq.

XS
SM
MD
LG