Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

Yoluxmalar dünya boyunca azalır, amma…


Yanvarın 31-dək olan həftə ərzində dünyada COVID-19-a 3.7 milyon yeni yoluxma qeydə alınıb. Bu, daha əvvəlki həftə ilə müqayisədə 13 faiz azalma deməkdir.

Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə vəziyyətlər üzrə direktoru doktor Mayk Rayan bunu “yaxşı xəbər” adlandırsa da, 3 milyon rəqəminin “zarafat” olmadığını əlavə edib.

CNBC yazır ki, yoxsul ölkələrin koronavirus vaksinləri ilə təchizatı acınacaqlı vəziyyədədir və bu, onların iqtisadiyyatlarının zəngin ölkələrlə müqayisədə daha da geridə qalmasına səbəb olacaq.

DST fevralın 3-də bildirib ki, koronavirusa qlobal yoluxmalar azalsa da, xilasedici vaksinlərin qeyri-bərabaər paylanması dünya iqtisadiyyatının dirçəlişini aylarla ləngidə bilər.

Yağış kəssə də, Günəş görünmür…

DST-nin məlumatına görə qeyd olunan dövrdə COVID-19-dan ölüm halları cüzi – 1 faiz azalıb.

Bu, qlobal yoluxmaların həftədə 5.5 milyon nəfərə çatmasının gözləndiyi bir vaxtda, əlbəttə yaxşı xəbərdir.

Amma doktor Rayanın fikrincə, yoluxma rəqəmi ümumilikdə hələ də yüksək olaraq qalır:

“Bu, bilirsiniz nəyə oxşayır? Yağış kəsib, amma Günəş hələ də görünmür”.

Səhiyyə ekspertləri bunu da xatırladırlar ki, koronavirusun Böyük Britaniya, Cənubi Afrika və Braziliyada qeydə alınmış yeni, daha yoluxucu ştamlarını unutmaq olmaz.

Onların fikrincə virusun yeni ştamlarının yaratdığı yüksək yoluxuculuq dünya boyunca xəstəxana böhranına səbəb ola bilər.

Britaniya və Cənubi Afrikada yoluxmalar kəskin azalıb

Yeni, daha yoluxucu B.1.1.7 ştammının qeydə alındığı Britaniyada yoluxmalar bir həftə əvvəl 31 faiz azalıb.

B.1.351 ştammının aşkar olunduğu Cənubi Afrikada isə hətta 44 faiz azalma qeydə alınıb.

Lakin bütün bunlara baxmayaraq DST ehtiyatı əldən verməməyi, arxayınlaşmamağı tövsiyə edir.

Alimlər narahatdırlar ki, xüsusilə də Cənubi Afrika ştammı mövcud vaksinlərə müqavimətli mutasiya edə bilər.

Bununla belə, vaksin istehsalçıları preparatların hətta yeni ştamlarla da işləyə biləcəyindən əmindirlər.

Ən böyük narahatlıq vaksinlərin ölkələr arasında qeyri-bərabər paylanmasıdır.

DST ölkələri bir daha vaksin alyansı COVAX-a qoşulmağa çağırıb.

Bu proqramla ölkələrə ilin sonunadək 2.3 milyard doza vaksin veriləcəyinə ümid bəslənir.

COVAX proqramı bildirir ki, ən yoxsul ölkələr üçün azı 330 milyon dozanın verilməsi nəzərdə tutulub.

XS
SM
MD
LG