Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 21:41

Neftin qiyməti pandemiyadan öncəki həddə qayıdır


İllüstrativ foto
İllüstrativ foto

Çin dünyanın ikinci böyük iqtisadiyyatı, ən böyük xam neft idxalçısıdır. Bu ölkənin koronavirusun önlənməsindəki uğuru da iqtisadi fəaliyyətin sürətli bərpasına imkan yaradıb.

Son bir ildə ilk dəfə olaraq neftin barelinin qiyməti 60 dolları keçib. İnvestorlar isə koronavirus pandemiyasndan gözlənildiyindən daha sürətli iqtisadi dirçəlişə ümid edirlər.

Fevralın 8-də Brent neftinin bareli 1.26 faiz bahalanaraq 60.19 dollar olub. Bu, ötən ilin yanvarından bəri ən yüksək qiymətdir.

Bu arada Çində istehlak virusdan qabaqkı səviyyəni ötüb, vaksinlərin vurulması da inam yaradır.

Koronavirus böhranı neft sənayesində fəlakətə səbəb olub. Ötən il neftin qiyməti qısa müddətə sıfırdan da düşmüşdü, 1 milyard barreldən çox neft artığı yaranmışdı.

Ötən apreldə OPEC, Rusiya və digər neft istehsalçıları hasilatı azaltmağa razılaşdılar, üst-üstə 2.1 milyard barrel neft hasil olunmadı, nəticədə rezervlər azalmağa başladı.

Özəlliklə Asiyada neft istehlakının artması da qiymət artımına səbəb olan faktorlardandır.

Çin və çatdırılma

Çin dünyanın ikinci böyük iqtisadiyyatı, ən böyük xam neft idxalçısıdır. Bu ölkənin koronavirusun önlənməsindəki uğuru da iqtisadi fəaliyyətin sürətli bərpasına imkan yaradıb.

Amma neftə tələbat hələ də pandemiyadan qabaqkı səviyyədən aşağıdır, bir sıra iqtisadiyyatlarda virusdan ölüm yuxarıdır, karantin vəziyyətidir.

SOCAR-da layihələr Rövnəq Abdullayevin qohumuna verilir?
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Səyahət qadağaları hava şirkətlərinin yanacağa tələbatını kəskin azaldıb. Hava yolları ilə sərnişin nəqliyyatı bir il öncəylə müqayisədə 70 faiz azalıb.

Digər tərəfdən, karantinlər elektron ticarətə tələbatı yüksəldib.

İstehlakçılar onlayn bazarlığa üstünük verirlər. Çatdırılmada istifadə olunan yük maşınlarının, yük gəmilərinin yanacağa tələbatı, eləcə də neft məhsullarından hazırlanan plastik bağlamalara tələbat kəskin artıb.

XS
SM
MD
LG