Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:20

Ermənistan Azərbaycanla sərhəddə ‘altenativ’ yollar tikəcək


Silahlı Azərbaycan əsgərlərinin kənddə dolaşması erməni sakinlərə rahatlıq vermir
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Silahlı Azərbaycan əsgərlərinin kənddə dolaşması erməni sakinlərə rahatlıq vermir

Ermənistanın ərazi-idarəetmə naziri fevralın 11-də keçirilən hökumət müşavirəsində deyib ki, Syunik vilayətində indikinə alternativ şose yolları tikiləcək.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı nazir Suren Papikyan verib.

O deyib ki, “hava şəraiti buna imkan verən kimi” tikinti işlərinə başlanacaq.

Azatutyun yazır ki, sərhəd xətti dəqiqləşdirmələrindən sonra Syunik vilayətindəki yolların bir hissəsi Azərbaycanın nəzarətinə keçib.

Gorus-Qafan yolunun 20 kilometrlik sektorundan başqa, Qafan-Aqarak (Əkərək) yolu, Qafandan Çakaten, Şikahoğ (Şıxovuz), Tsav kəndlərinə gedən yolun 4 kilometri də Azərbaycanın nəzarətinə keçib.

Qafan meri Gevork Parsyan bildirib ki, o elə bu il 42 kilometrlik Qafan-Tatev yolunun təmirini təklif edib.

Hələlik bu yolun yalnız 12 kilometri təmir edilib.

Azartutyun yazır ki, Qafan-Tatev yolunun açılması ermənilərə Qafan-Gorus şosesindən yan keçmək imkanı verəcək.

Syunik vilayətinin qubernatoru isə bildirib ki, altenativ yolların açılmasına baxmayaraq, Azərbaycan ərazisindən keçən başqa yollar da istifadədə qalmalıdır.

Ermənistan Türkiyə ilə sərhədin açılmasını istəyir
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

“Azərbaycana xoş gəlmisiniz” lövhələri

Bu da bildirilir ki, Azərbaycanın nəzarətinə keçmiş Qafan-Aqarak yoluna alternativ olaraq meşə içərisi ilə gedən yoldan istifadə olunacaq.

Hazırda Ermənistanın Yeqvard, Ujanis və Aqarak kəndlərinin sakinləri bu çətin keçilən yoldan istifadə edirələr.

Bundan başqa Qafandan Çakaten kəndinə də alternativ yol çəkilməlidir.

Azatutyun yazır ki, hazırda Syunik yollarında Ermənistanın, Azərbaycanın, habelə Rusiya sülhməramlılarının sərhəd blok-postları var.

Xəbərdə deyilir ki, Azərbaycan onun nəzarətinə keçən yol sektorlarını “Azərbaycana xoş gəlmisiniz!” lövhələri ilə “doldurub”.

Ermənistanın ombudsmeni Arman Tatoyan sözü gedən yollarda silahlı Azərbaycan əsgərlərinin olmasını “yolverilməz” adlandırıb.

Azərbaycan tərəfi bu ərazilərin ona məxsus olduğunu bildirir.

XS
SM
MD
LG