Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:24

Ərdoğanla Putin Qarabağdan danışıblar


R.T.Ərdoğan (solda) və V.Putin (arxiv fotosu)
R.T.Ərdoğan (solda) və V.Putin (arxiv fotosu)

Koronavirusun yayılması ilə mübarizə, Türkiyəyə Rusiya vaksinlərinin çatdırılması və istehsalının təşkilinin perspektivləri də nəzərdən keçirilib

Fevralın 18-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon söhbəti olub. Bu haqda Kreml məlumat yayıb.

Məlumatda deyilir ki, tərəflər müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələri genişləndirmək niyyətlərini vurğulayıblar.

Dağlıq Qarabağ, Suriya, Liviya

Koronavirusun yayılması ilə mübarizə, Türkiyəyə Rusiya vaksinlərinin çatdırılması və istehsalının təşkilinin perspektivləri də nəzərdən keçirilib.

İki lider həmçinin Dağlıq Qarabağ ətrafında baş verənləri, ötən il noyabrın 9 və bu il yanvarın 11-də əldə olunmuş razılaşmaların icrasını da müzakirə ediblər.

“Regionun sosial-iqtisadi inkişafından ötrü Rusiya və Türkiyənin fəaliyyətinin koordinasiyası nəzərdə tutulur. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin işə başlamasından məmnunluq ifadə olunub”, – məlumatda deyilir.

Putinlə Ərdoğan Suriya münaqişəsinin nizamlanmasından da danışıblar. Suriyadaxili siyasi prosesə, Astana formatı daxil olmaqla, gələcəkdə də dəstək vermək niyyəti ifadə olunub.

Liviyaya gəlincə, iki liderin fikrincə, bu ölkədə vəziyyətin uzunmüddətli normallaşması üçün BMT-nin vasitəçiliyi ilə hakimiyyətin keçid orqanlarının formalaşması vacibdir.

Sarkisyan 7 rayonun qaytarılmasına niyə razılaşdığını izah edir
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Xatırlatma

Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib. Bu mərkəz bölgədə atəşkəsin qorunmasının monitorinqini aparır.

Azərbaycan ötən il 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti özünə qaytarıb. 9 noyabr razılaşmasına əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

XS
SM
MD
LG