Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 15:32

Bakı Ermənistanın Qarabağa hərbçilər göndərdiyini bildirir


Ermənistan ordusunun əsgərləri atəşkəsdən sonra, arxiv foto
Ermənistan ordusunun əsgərləri atəşkəsdən sonra, arxiv foto

Bu gün, fevralın 27-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Açıqlamaya qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

XİN Mətbuat xidməti idarəsi hesab edir ki, bu 2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra baş verir:

Qeyd olunur ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında o ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya məcbur edilərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun etiraza səbəb olduğu bildirilir:

"Məlumatlarda... Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır"

XİN, arxiv foto
XİN, arxiv foto

Qurum bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində onun razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozuntusudur:

“Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur.”

Qarabağda atəşkəslə bağlı birgə bəyanatın imzalanması, ,Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin, 9 noyabr 2020
Qarabağda atəşkəslə bağlı birgə bəyanatın imzalanması, ,Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin, 9 noyabr 2020

Mətbuat xidməti vurğulayır ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur:

“Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.”

Rusiya Azərbaycanın Qarabağ bölgəsində
Rusiya Azərbaycanın Qarabağ bölgəsində

Açıqlamada daha sonra da oxuyuruq:

“Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.”

Açıqlamaya görə, Azərbaycan bəyan edir ki, bölgədə sülhün, sabitliyin, təmin edilməsi üçün Ermənistanın beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə, vicdanla icra edilməsinin alternativi yoxdur.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılıb.

Qarabağın bərpasına hansı xarici qurumlar pul ayıracaq?
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG