Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:15

Yaponiya Çindən anal testləri dayandırmağı xahiş edir


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Yaponiya hökumətinin katibi Katsunobu Kato deyib ki, ölkə vətəndaşlarından anal testlərlə bağlı şikayətlər alıblar

Yaponiya Çindən xahiş edib ki, vətəndaşlarından Covid-19-a qarşı anal test götürməyi dayandırsın. Bu haqda BBC yazır.

Rəsmilərin sözlərinə görə, bu prosedurun “psixoloji stres” yaratmasıyla bağlı şikayətlər var.

Çin yanvardan anal PCR testləri götürməyə başlayıb.

ABŞ diplomatları ilə bağlı informasiya təkzib olunub

Koronavirusun 2019-cu ilin sonunda Çində peyda olduğu güman edilir. Sonradan virus bütün dünyaya yayıldı. Çin isə sərt qadağalarla pandemiyanı önləyə bilib. Ölkənin səhiyyə rəsmilərinin bildirməsinə görə, iyunacan 1.4 milyardlıq əhalinin 40 faizinə peyvənd vurulacaq.

Ötən həftə Çin Birləşmiş Ştatlar diplomatlarından belə test götürülməsi haqda ABŞ mediasının yazdıqlarını təkzib elədi.

Yaponiya hökumətinin katibi Katsunobu Kato deyib ki, ölkə vətəndaşlarından anal testlərlə bağlı şikayətlər alıblar. Amma o, neçə yaponiyalıdan belə test götürüldüyünün bəlli olmadığını deyib.

Çinin bəzi şəhərlərində anal testlər götürülür. Yerli ekspertlərin iddiasına görə, bu testlər yoluxanların aşkarlanma səviyyəsini artırır.

Çində indiyədək koronavirusa 101 minə yaxın yoluxma və 4 min 800-dən artıq ölüm aşkarlanıb.

Dünya üzrə isə 114 milyondan çox yoluxma və 2.5 milyondan artıq ölüm təsdiqlənib.

XS
SM
MD
LG