Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:30

‘Cəsarətli qadınlar’ mükafatını bu il kimlər alır


Maryia Kalesnikava
Maryia Kalesnikava

Mükafata layiq görülənlər içində Birma (Myanma), Kamerun, Çin, Kolumbiya, Konqo, Nepal, Somali, İspaniya, Venesuela və Türkiyədən qadın fəallar var

Artıq 15-ci ildir ABŞ Dövlət Departamenti Beynəlxalq Cəsarətli Qadınlar Mükafatını təqdim edir. Bu mükafat dünya üzrə sülhün, ədalətin, insan haqlarının, gender bərabərliyinin, qadınlara səlahiyyət verilməsinin təbliğində müstəsna cəsarət və liderlik göstərən qadınlara təqdim olunur.

İndiyədək 75 ölkədən 155-dən çox qadın bu mükafata layiq görülüb. ABŞ diplomatik missiyaları olduqları ölkələrdə bir qadının namizədliyini təqdim edirlər. Finalçılar isə departamentin yüksək rütbəli rəsmiləri tərəfindən seçilir və təsdiqlənir.

Belarus, İran

Bu ilin qalibləri içində Belarusdan müxalifət lideri Mariya Kalesnikava var. Hələ ötən ilin 9 avqust prezident seçkisindən öncə belaruslu qadınlar dominant siyasi qüvvə kimi ortaya çıxdılar. Hakimiyyət müxalifətin əsas kişi namizədlərini həbsə atandan, mühacirətə məcbur edəndən sonra Mariya və tərəfdaşları Alyaksandr Lukaşenkanın 26 illik idarəçiliyinə meydan oxumağa başladılar. Mariya Belarus müxalifətinin siması olaraq qalır, hazırda həbsdədir. Saxlanmağına baxmayaraq, Mariya Belarusda demokratik hərəkatı canlandırmaqdadır.

İranlı şahmatçı Şöhrət Bayat da mükafata layiq görülənlər sırasındır. O, ötən il Qadınlar arasında Dünya Şahmat Çempionatına gedib. Orada hicabsız şəkil çəkdirəndən 24 saat sonra İranın Şahmat Federasiyası bəyan edib ki, Şöhrət üzr istəmədən İrana qayıtsa, onun təhlükəsizliyinə zəmanət vermir. Üzr istəmək fikrində olmayan Şöhrət Britaniyadan sığınacaq istəmək qərarına gəlir. Onun Britaniya vizası olmayan əri isə İranda qalır. “Həmin anda Şöhrət İran hökumətinin təhdidlərinə boyun əyməkdənsə qadınların hüquqları uğrunda çempion olmağı seçdi”, – Dövlət Departamenti bildirir.

7 əfqan qadın

Mükafata layiq görülənlər içində Birma (Myanma), Kamerun, Çin, Kolumbiya, Konqo, Nepal, Somali, İspaniya, Venesuela və Türkiyədən qadın fəallar var.

Mükafatların virtual təqdimetmə mərasimi martın 8-də keçiriləcək. Həmin gün Dövlət katibi Entoni Blinken 2020-ci ildə öz icmalarına xidmət edərkən qətlə yetirilmiş yeddi əfqan qadına fəxri mükafatın təqdim olunduğunu açıqlayacaq. “Onların faciəvi ölümü Əfqanıstanda qadınların getdikcə daha çox hədəfə alındığını göstərir və Birləşmiş Ştatlar bu zorakılıq hərəkətlərini pisləyir”, – məlumatda vurğulanır.

Ötən il sözügedən mükafata azərbaycanlı vəkil Şəhla Hümbətova da layiq görülüb.

XS
SM
MD
LG