Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:50

Sahibkar: 'Gərək günlərlə duram bankomatın qarşısında...'


'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

'Qiymətlər qalxacaq' - İqtisadçılar xəbərdarlıq edir

Kənd təsərrüfatında payız əkinləri üçün subsidiyaların verilməsi başlanıb. Bu barədə Aqrara Kredit və İnkişaf Agentliyi məlumat yayıb.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan Masallı rayonunun Təklə kənd sakıni Səmədağa Həmidov isə subsidiyanı ala bilmədiyini deyir:

"Hər gün bankomata gedirlər..."

"Təsərrüfatı olanlardan yalnız 10-15 nəfəri indiyə kimi subsidiya ala bilib. Qalanları da hər gün bankomata gedirlər, yoxlayırlar ki, pul gəlib ya yox? Əvvəllər hər hektara görə buğdaya 90 manat verirdilər. Gübrəni özümüz alırdıq. İndi qayda dəyişilib. Fermer gübrə almasa, növbəti ildə pul da əldən gedir, gübrə də. Elə adam var ki, gübrəyə ehtiyacı yoxdur, yerinə yonca əkir. Elə kəndli var ki, bibər, badımcan və digər tərəvəzlər əkir. Onun ehtiyacı var. Elə fermerlər var ki, onun azot gübrəsinə ehtiyacı yoxdur. Əkin yerlərinə üzvü gübrə verir. Bunlar nəzərə alınmalıdır".

Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

"Kəndliyə seçim vermirlər"

Onun sözlərinə görə, kəndlilərə verilən buğda toxumu da yararsız çıxıb: "Gətirdilər torpaq sahiblərinə buğda toxumu verdilər. Mən almadım, mənim var idi. Camaata kiloqramını 80 qəpikdən verdilər. Torpaq sahiblərinin 50-60 faizi bu buğda toxumundan aldı. İndi görürlər ki, buğda zəif alınıb. Buğdanın pulunu da karta yüklənmiş puldan çıxdılar. İndi kənd camaatı narazıdır. Kəndliyə seçim vermirlər".

"Far-EL" MMC-nin sahibi Rafiq Cəfərov da deyir ki, kənd təsərrüfatında müsbətə doğru dəyişikliklər var, ancaq problemlər də az deyil: "Baxmayaraq koronavirus pandemiyasıdır, kənd təsərrüfatında dəyişiklik var. Əvvəllər ilboyu bazarlarımızda xarici ölkələrin kənd təsərrüfatı məhsulları hökmranlıq edərdi. İndi yaz, yay fəsillərində bizim istehsal etdiyimiz məhsullar üstünlük təşkil edir. Amma problemlər də var".

R.Cəfərov
R.Cəfərov

O hesab edir ki, problemləri çözmək mümkündür: "Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar bilirlər ki, torpağı sürməmişdən əvvəl gübrə verilməlidir ki, məhsuldarlıq yüksək olsun. Subsidiyanı gözləyəndə gec olur. Payız əkini keçirtmişik, hələ indi subsidiya verilir. Mənim 40 hektar torpağım var. Əgər bu torpağı sürmüşəmsə, yanacağı özüm almışamsa, başa düşmürəm, subsidiya nəyə kömək edir?".

"Xaricdən məhsul gətirən istehsalçıdan çox qazanır"

R.Cəfərova görə, əslində, subsidiya torpağa çəkilən xərcin az bir hissəsini təşkil edir: "Hər il xidmətlər bahalaşır, istehsal etdiyimiz məhsulların qiyməti isə yerində qalır. Bazara ucuzluq gətirmək üçün dərhal xaricdən məhsulları gətirirlər. Xaricdən məhsul gətirən istehsalçıdan çox qazanır. Subsidiya vaxtında verilmir".

Astarada çəltik əkini
Astarada çəltik əkini

O deyir ki, toxum əldə etməkdə də çətinliklər var:

"İrandan toxumluq gətirmək üçün cəhənnəm yolu keçməlisən"

"Bu il də çəltik əkmək fikrindəyəm. İran yaxınlıqdadır, oradan toxumluq çəltik gətirmək rahatdır. Amma deyirlər ki, müəyyən sortlar var, onları gətirə bilməzsiniz. İrandan toxumluq gətirmək üçün cəhənnəm yolu keçməlisən. Son zamanlar mütəxəssis azlığı da hiss olunur. Mənə aqronom lazımdır. Kənd təsərrüfatında işləri vaxtında görmək lazımdır. Gərək günlərlə duram bankomatın qarşısında ki, subsidiya haçan gələr?".

Rəsmi izah...

Astara rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov isə deyilən iradlarla razılaşmır. O deyir ki, bütün işlər qanun çərçivəsində həll olunur: "Prezidentin subsidiyanın verilməsi barədə fərmanı var. Vətəndaş subsidiya almaq üçün dekabrın 31-nə kimi qeydə alınmalıdır. Yanvar ayında fevralın 1-nə kimi monitorinqlər keçirilir... Monitorinqlər başa çatandan sonra mart ayında pullar oturur karta. Hamısı elektorun sistemlə gedir. Vətəndaş onun kartına oturan pulun 25 faizini nağdlaşdırır. Qalan pullar gübrəyə, toxuma sərf edilir. Gübrənin pulunun 30 faizini cibindən ödəyir. Norma var. Baxırlar, hektara nə qədər gübrə düşürsə, onu verirlər. O da kartla həyata keçirilir. Gübrəni kartsız ala bilməzlər".

Goranboylu fermer: 'Biz pomidoru 20 qəpiyə satmağa məcburuq, Bakıdasa 1 manatdı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olanlar müəyyən olunmuş qaydalara əməl etməlidirlər:

"Kiminsə torpağını əkmisənsə..."

"Payız əkini qeyd edildiyindən çox olub. Onun-bunun yerini əkirlər, müqavilələri yoxdur. Kiminsə torpağını əkmisənsə, o vətəndaşla icarə müqaviləsi olmalıdır. Həmin yeri əkin kimi məlumat verə bilmir. Doğru olmayan məlumatı verən kimi cərimə gəlir. Vətəndaş ancaq öz torpağını əkib qeydiyyatdan keçməlidir. İcarəyə götürübsə, notariat qaydada təsdiq edilibsə, kompüterə otuzdururuq".

E.Abbasov xaricdən toxum gətirilməsi məsələsinə də toxunub: "Karantin qaydaları var. (Koronavirusla bağlı ötən ilin martından ölkədə karantindir. Xarici ölkələrə vətəndaşların səfərləri dayandırılıb) Çəltik toxumunun sifarişini vermişik. Dövlət xətti ilə biz fermerlərə toxumu verəcəyik. Hər kəs gedib toxum gətirə bilməz. Qeydiyyat olmalıdır, sertifikat təqdim edilməlidir. Qida Təhlükəsizliyi Agentliyində sənədləşmə gedir".

"Subsidiya bayrama qədər hissə-hissə veriləcək"

Masallı Kənd Təsərrüfatı İdarəsindən isə bildiriblər ki, subsidiya verilir: "Subsidiya bayrama (20-21 mart) qədər hissə-hissə veriləcək".

XS
SM
MD
LG