Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

Ermənistan xəstəxanalarda çarpayı sayını artırır


Çindən Ermənistana Covid-19-a qarşı qoruyucu ləvazimatlar gətirilib, arxiv fotosu
Çindən Ermənistana Covid-19-a qarşı qoruyucu ləvazimatlar gətirilib, arxiv fotosu

Səhiyyə Nazirliyinin martın 18-də bildirməsinə görə, son 24 saat ərzində COVID-19-dan 19 nəfər ölüb, yeni yoluxmalar isə mini keçib

Ermənistan COVID-19 xəstələrinin müalicəsi üçün xəstəxana resurslarında yerdəyişmə etdiyini, koronavirusa yoluxmaların üçüncü dalğası ilə mübarizə apardığını bildirir.

Səhiyyə naziri Anahit Avanesyanın martın 19-da bildirməsinə görə, hazırda 12 tibb ocağı COVID-19 xəstələrinin müalicəsinə ayrılıb və yeni xəstəxana çarpayıları əlavə olunur.

Hökumət lokdauna ehtiyac görmür

“Amma bilirsiniz ki, bu, resurs limitsiz deyil, ehtiyatlı davranmalıyıq”, – Avanesyan vurğulayıb.

Səhiyyə Nazirliyinin martın 18-də bildirməsinə görə, son 24 saat ərzində COVID-19-dan 19 nəfər ölüb, yeni yoluxmalar isə mini keçib.

Ermənistanda payızda da bu qədər yoluxma qeydə alınırdı, onda dünyada ikinci dalğa yaşanırdı.

Rəsmi informasiyaya görə, ölkədə 790 minəcən yoluxma aşkarlanıb, 3 min 300-dən çox xəstə vəfat edib.

Hazırda aktiv xəstə sayının 10 minə yaxın olduğu bildirilir.

Son yoluxma dalğası Ermənistanda siyasi böhran dönəmində qeydə alınır. Baş nazir Nikol Paşinyan və müxalifət tərəfdarları böyük yürüşlər təşkil ediblər.

Səhiyyə Nazirliyi hazırda yeni lokdauna ehtiyac olmadığını bildirir, amma maska taxılması, sosial məsafə saxlanmasıyla bağlı xəbərdarlıqlar edir.

Hazırda ölkədə Rusiyanın hazırladığı Sputnik V vaksini tibbi işçiləri daxil olmaqla yüksək risk qruplarına vurulur.

XS
SM
MD
LG