Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:36

Azərbaycanda işsizlik 50 faiz artıb


Bankomatın qarşısında maaş növbəsi
Bankomatın qarşısında maaş növbəsi

Bu, işsizlik baxımından son 18 ilin antirekordudur

Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda işsiz sayı 251 mindən 376 min nəfərə yüksəlib, yəni 125 min nəfər və ya 50 faiz artıb.

Bu, 2003-cü ildən bəri qeydə alınan ən böyük işsizlik göstəricisidir. İşsizlərin iqtisadi fəal əhali arasında xüsusi çəkisi də 4,8 faizdən 7,2 faizə yüksəlib.

Rəsmi rəqəmlərə görə, 2003-2020-ci illərdə Azərbaycanda işsiz əhalinin sayı

İl

İşsiz sayı (nəfər)

2003

400 min 900

2004

348 min 700

2005

317 min 800

2006

291 min 200

2007

281 min 100

2008

262 min 200

2009

260 min 200

2010

258 min 300

2011

250 min 900

2012

243 min 100

2013

236 min 600

2014

237 min 800

2015

243 min 700

2016

252 min 800

2017

251 min 700

2018

253 min 800

2019

251 min 600

2020

375 min 900

“Gözəgörünməz” işsizlik

Bu da bir gerçəkdir ki, müstəqil ekspertlər rəsmi açıqlanan işsiz sayına dair göstəriciləri hər zaman şübhə ilə qarşılayırlar. Ən keçərli səbəbi də odur ki, “Məşğulluq haqqında” qanuna görə, Azərbaycanda vətəndaşın mülkiyyətində, istifadə edib-etməməsindən asılı olmayaraq, pay torpağı varsa, həmin vətəndaş işlə təmin olunmuş sayılır.

Rəsmi rəqəmlərə baxılsa, məşğul əhalinin indiki sayı 5 milyon civarındadır. Bunların da 35 faizdən çoxu (1 milyon 700 min nəfər) kənd təsərrüfatı ilə bağlı sahələrdə çalışır. Ancaq onlardan nə qədərinin pay torpağından aktiv yararlandığı açıqlanmır.

İşsizlərin real sayının ortaya çıxmasına təsir edən amillərdən biri də evdar qadınların sayıdır.

Rəsmi göstəricilərə görə, iqtisadi cəhətdən işsiz deyil, qeyri-fəal sayılan, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən qadınların 650 minə yaxını “ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər”, yəni “evdar” statusu olanlardır. Digəl, həmin qadınların da nə qədərinin iş tapa bilmədiyindən çalışmadığına dair göstəricilər mövcud deyil.

İş yerləri nəyin hesabına artıb?

Ötən ildəki məşğulluq göstəriciləri ilə bağlı maraqlı məqamlardan biri də odur ki, işsizliyin yarıbayarı artdığı bir şəraitdə muzdla işləyənlərin sayında da gözə çarpıb. Bu, ölkədə qeyri-rəsmi məşğulluq və işsizliyin yetərincə böyük olduğunun göstəricilərindən biri sayıla bilər.

2021-ci il yanvarın 1-nə olan duruma görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 45 min 200 nəfər və ya 2,7 faiz artaraq 1 milyon 691 min 800 nəfərə çatıb.

Bir müddət öncə iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiya şəraitində ölkədə 80 min iş yerinin açılmasını fəxrlə bildirmişdi.

Hökumət işsizlərin sayındakı artım və qapadılan iş yerlərindən danışmağı sevmir. Muzdla çalışanların iqtisadi fəaliyyət növləri üzrə sayındakı dəyişikliklərdən və yeni yaradılan iş yerlərinin strukturundan aydın olur ki, nazirin öyündüyü artımlar daha çox pandemiyanın gətirdiyi yeniliklərlə bağlıdır.

Karantin şəraitində hökümətin həyata keçirdiyi dəstək proqramlarından biri Sahibkarların əməkhaqqı ödənişlərinin bir qisminin kompensasiyası karantin şəraitində hökumətin gerçəkləşdirdiyi dəstək proqramında əksini tapmışdı.

SMS-in tətbiq edildiyi günlərdə

Digər tərəfdən, qapanmaların sərtləşdirildiyi və SMS sisteminin tətbiq edildiyi günlərdə yalnız rəsmi əmək müqaviləli işçilərə icazə almaq mümkün idi. Bu baxımdan, pandemiyanın yaratdığı vəziyyət işçi və işəgötürənlər arasındakı əmək münasibətlərinin leqallaşmasına da təsir göstərib.

Dövlət Statistika Komitəsinin yeni iş yerləri ilə bağlı hesabatından məlum olur ki, 2019-cu ildə ölkədə 192 min yeni iş yeri yaranmışdısa, ötən il bu rəqəm 129 minə enib.

Ancaq 2019-cu ildə açılan iş yerlərinin 30 faizi yeni, 26 faizi isə mövcud müəssisə və təşkilatlarda yaradılmışdısa, ötən il açılan iş yerlərinin 75 faizi mövcud müəssisə və təşkilatlarda açılıb və cəmi 6 faizi yeni yaradılanların payına düşüb.

Ötən il qeydiyyatdan keçən fərdi sahibkarlıq subyektlərinin sayı 2019-cu illə müqayisədə 74 faiz artıb və 95 mindən 165 minə yüksəlib.

Muzdla fəaliyyət göstərən işçilər arasında ticarət sahəsində işləyənlərin xüsusi çəkisinin 17,9 faizdən 18,5 faizə, tikinti sektorunda çalışanların payının 7,3 faizdən 7,8 faizə yüksəlməsi də bu artımların pandemiya şəraitindən qaynaqlandığının bir başqa göstəricidir.

Azərbaycanda sərt karatnin rejimi ötən ilin aprelindən tətbiq edilmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin sayı ilə bağlı statistikasından görünür ki, 2020-ci ilin 1-12 aprel tarixləri arasında bağlanan əmək müqavilələrinin sayı 46 min 848 olub. Bu, əvvəlki 3 aylıq dövrdə bağlanan müqavilə sayından 2 dəfə çoxdur.

XS
SM
MD
LG