Koronavirusun 2020-ci ilin sonunda Britaniyada aşkarlanmış ştammı COVID-19-un daha ağır formalarına səbəb olmur. Belə bir nəticəyə “The Lancet Infectious Diseases” və “The Lancet Public Health” tibb dərgilərində dərc olunmuş tədqiqatların müəllifləri gəlib.
36 vs. 38 faiz
“B.1.1.7 mutasiyası ilə yoluxmaların daha ağır forması, ölümlə nəticələnməsi arasında əlaqəyə dəlil tapmadıq”, – “The Lancet Infectious Diseases” dərgisindəki araşdırma müəlliflər bildirirlər.
Londonda iki xəstəxananın 341 pasiyenti üzərində araşdırma aparılıb. Britaniya ştammına yoluxanlardan 36 faizində xəstəlik ya ağırlaşıb, ya da ölümlə nəticələnib. Amma yoluxmaların digər formaları üzrə bu göstərici 38 faiz olub.
“The Lancet Public Health”dəki araşdırma isə daha böyük sayda – 37 minə yaxın şəxs üzərində aparılıb. Onların koronavirus testlərinin nəticələri müsbət çıxıb, xəstəlik boyunca simptomları mobil əlavədə təsvir ediblər.
1.35 dəfə daha yoluxucu
Alimlərin pasiyentlərin yerinə dair informasiyaya əsaslanaraq COVID-19-un keçirilməsi ilə
pasiyentin olduğu regionda Britaniya ştammının yayılması arasında əlaqə aşkarlamayıblar. Belə ki, Britaniya ştammının konkret regionda yayılması ilə xəstəliyi simptomsuz keçirənlərin payı artmayıb. Üstəlik, vaksinlərin də böyük ehtimalla bu mutasiyaya qarşı da effektli olacağı üzə çıxıb.
Amma hər iki tədqiqatın müəllifləri təsdiqləyirlər ki, Britaniya mutasiyası ilkin variantdan 1.35 dəfə daha yoluxucudur.
Ötən payız SARS-CoV-2-nin Britaniyada yeni, daha yoluxucu variantının aşkarlandığı bildirilib. Daha sonra Cənubi Afrika və Braziliya ştammları da bəlli oldu. Hazırda Avropada yoluxmaların yarıya qədəri Britaniya ştammının payına düşür.
Dünya Səhiyyə Təşkilatının qənaətinə görə, virusun yeni variantları daha yoluxucudur, amma daha ölümcül deyil, mövcud vaksinlər onlara qarşı effektlidir.