Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

300 milyon doza vaksin artıq qalır. Stress ili – Qərb mediası


Pfizer vaksini hazırlanan zavod
Pfizer vaksini hazırlanan zavod

Dünyada böyüklərin rekord – 40 faizi deyib ki, bir gün öncə xeyli stress keçiriblər

ABŞ-ın Pfizer şirkətinin rəhbəri deyir ki, adamların tam peyvənd olunması üçün onlara 12 ay ərzində Covid-19 vaksininin üçüncü dozasını vurmaq lazım gələ bilər. O, il ərzində bir əlavə dozanın vacibliyindən danışıb.

Hazırda ABŞ-da bir günə milyonlarla insana peyvənd vurulur. Albert Burla “CVS Health” proqramına müsahibəsində deyib ki, zaman keçdikcə vaksinin təmin etdiyi qoruma azalır, amma “altı ay ərzində bu, həddən artıq yüksəkdir”. Bu haqda “Financial Times” yazır.

Pfizer-in Almaniyanın BioNTech şirkəti ilə birlikdə hazırladığı vaksinin ikinci dozası vurulandan sonra virusa qarşı 91 faiz effekt göstərir.

Şirkətlər fevralda tam peyvənd olunmuş şəxslərə üçüncü dozanı vuraraq onun immunitetə, virusun yeni ştammlarına qarşı təsirini öyrənməyə çalışıblar.

BioNTech/Pfizer vaksinindən indiyədək ABŞ-da 103 milyon doza vurulub.

ABŞ vaksin ianə edəcəkmi

“The Washington Post” yazır ki, artıq iyulda Birləşmiş Ştatlarda bir neçə yüz milyon vaksin dozası artıq qalacaq. İnkişaf etməkdə olan dünyada isə bir çox ölkələr əhalinin əksəriyyətinə peyvənd vurmaq üçün illərlə gözləməli olacaqlar.

ABŞ qlobal vaksinasiya kampaniyasına pul ayırsa da, vaksin texnologiyasını, yaxud artıq dozaları paylaşmaq çağırışlarına reaksiya vermir.

Qlobal COVAX təşkilatının məqsədi 2021-ci ilin sonunadək 92 üzv ölkənin əhalinin 20 faizini vaksinlə təmin etməkdir. Fevralda Bayden administrasiyası bu işə 4 milyard dollar ayırmağa boyun olub.

Oxfam təşkilatı isə bu həftə 100-dən çox keçmiş dövlət başçısı və Nobel mükafatı laureatının məktubunu yayıb. Məktub müəllifləri Baydeni koronavirus vaksinlərinə görə mülkiyyət hüquqlarını müvəqqəti təxirə salmağa, kollektiv təhlükəsizlik hüququnu azsaylı təbəqənin kommersiya monopoliyasından önə çəkməyə səsləyib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin dəstəyi ilə yayılan məktub isə Birləşmiş Ştatları yayda artıq qalan dozaların 10 faizini, ilin sonunadək 50 faizini ianə etməyə səsləyir.

Açıq havada maska: zərurət, yoxsa absurd?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Müasir tarixin ən stressli ili

2020-ci il Stressə qarşı maarifləndirmə ili elan oluna bilər. ABŞ-ın “Gallup” sorğu mərkəzi ötən ili müasir tarixin ən stressli ili adlandırır. Dünyada böyüklərin rekord – 40 faizi deyib ki, bir gün öncə xeyli stress keçiriblər.

2019-cu ildə bu göstərici 35 faiz idi. Yəni, ötən il dünyada əlavə olaraq 190 milyon nəfər xeyli stress yaşayıb.

COVID-19 pandemiyası qlobal kontekstdə stresslə bağlı əndişələri artırıb. Stressin insan həyatına, davranışına təsirlərini anlamaq getdikcə daha böyük əhəmiyyət kəsb edir.

“Gallup” bəzi ölkələrdə adamlardan soruşub ki, stressin onlar üçün nə demək olduğunu öz sözləri ilə ifadə etsinlər. Onlar stressi neqativ emosiya ilə izah ediblər, “problemlər”, “çətin”, “qəzəb”, “pis”, “narahat” sözlərindən istifadə ediblər. Amma adamlar “həddən artıq fikir eləmək”, “darıxmaq”, “gücsüzlük”, “yaşlanma” sözlərini də dilə gətiriblər.

XS
SM
MD
LG