Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 11:38

Qarabağ müharibəsi mətbuat azadlığı indeksinə belə təsir göstərib


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda açılmış Hərbi Qənimətlər Parkında, 2 aprel, 2021-ci il
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda açılmış Hərbi Qənimətlər Parkında, 2 aprel, 2021-ci il

RSF aprelin 20-də açıqladığı indeksdə bildirir ki, regionda mətbuat azadlığının gələcəyinə ən böyük təhdidi Rusiyada baş verənlər yaradır

Şərqi Avropa və Orta Asiya Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) 2021-ci il Dünya Mətbuat Azadlığı İndeksində aşağı yuvarlanır. Belarusda etirazları işıqlandıran jurnalistlərə görünməmiş təzyiq və Dağlıq Qarabağ müharibəsinin işıqlandırılmasının əngəllənməsi buna təsirini göstərib .

Parisdə yerləşən media qurumu aprelin 20-də açıqladığı indeksdə bildirir ki, regionda mətbuat azadlığının gələcəyinə ən böyük təhdidi Rusiyada baş verənlər yaradır, bu ölkədə “müstəqil jurnalistlərə və mediaya repressiyanı genişləndirən siyasi model” mövcuddur.

Rusiya polisi heç vaxt Kremlin tənqidçisi Aleksey Navalnıya dəstək etirazlarının işıqlandırılmasına göstərdiyi qədər geniş və sistematik təzyiq ortaya qoymayıb, RSF vurğulayır.

Qarabağ savaşından qayıdıb indi də məmurlarla 'döyüşürlər'
Gözlə

No media source currently available

0:00 0:05:17 0:00

Rusiya, Azərbaycan

Navalnı artıq üçüncü həftədir Rusiyada həbsxanada aclıq aksiyası keçirir, onun korrupsiyaya qarşı fondu isə rusiyalıları bu həftə etiraz nümayişlərinə çağırıb.

Rusiya mətbuat azadlığına görə 180 ölkə içində bir pillə geriləyərək 150-ci yeri tutub. RSF bildirir ki, ölkənin müstəqil mediası aylarla COVID-19 pandemiyasının reallığını göstərmək, hökumətin iddialarını, yanlıq rəqəmlərini ifşa etmək üçün mübarizə aparıb.

Azərbaycanda isə ötən il Ermənistanla 44 günlük Qarabağ müharibəsi zamanı internetin məhdudlaşdırılması jurnalistlərin işinə maneələr yaradıb. Azı yeddi jurnalistin xəsarət aldığı, xəbərləmə işinin əngəlləndiyi bildirilir.

Buna baxmayaraq, Azərbaycan indeksdə bir pillə irəli gedərək 167-ci yerə qalxıb, Ermənistan isə 2 pillə geriləyib 63-cü olub.

Gürcüstan 60-cı yerdədir.

Azərbaycanın hakimiyyət təmsilçiləri . ölkədə mətbuat azadlığının təmin olunduğunu bildirirlər. Müharibə dövrünün məhdudiyyətləri isə təhlükəsizliklə izah olunur.

“Yoluxucu” istək

RSF Şərqi Avropa və Orta Asiyada informasiyanı nəzarətə almaq istəyinin “yoluxucu” səviyyədə yayıldığını qeyd edir.

“Rusiya modeli ilə gedən digər hökumətlər COVID-19-na qarşı dezinformasiya ilə mübarizə ehtiyacından mətbuat azadlığına əlavə məhdudiyyətlər qoymaqdan ötrü bəhanə kimi yararlandılar”, – RSF vurğulayır.

Məsələn, Tacikistanda yoluxucu xəstəlik barədə “saxta” və “yanlış” informasiya yayanlar minimum aylıq əməkhaqqının iki misli qədər cərimələnə, yaxud 15 sutkalıq həbsə məhkum edilə bilərlər. Tacikistan indeksdə bir pillə geriləyərək 162-ci olub.

Orta Asiya respublikalarından bircə Qırğızıstan 79-cu pillədə, yəni indeksin birinci yarısında yer alıb.

Norveç artıq beşinci ildir siyahının başında yer alır. İkinci yerdə Finlandiya gəlir. İsveç və Danimarka bir pillə geriləyərək müvafiq olaraq üçüncü və dördüncü pillədə qərarlaşıblar.

RSF təəssüflə bildirir ki, 180 ölkədən yalnız 12-də jurnalistika üçün əlverişli mühit yaradıldığını demək olar.

XS
SM
MD
LG