Qırğızıstan-Tacikistan sərhədində ölümcül toqquşmaların ardınca atəşkəsə əməl olunduğu xəbər verilir.
Bundan əvvəl qırğız rəsmilər taciklərlə toqquşmalarda 31 Qırğızıstan vətəndaşının həlk olduğunu bildirmişdilər.
Taciksitan tərəfinin daha az itki verdiyi düşünülür.
Qırğızıstanın səhiyyə naziri Aliza Soltonbekova aprelin 30-da AzadlıqRadiosuna deyib ki, aprelin 28-29-da iki ölkənin sərhədində baş vermiş toqquşmalarda 23-ü hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları və hərbçilər olmaqla 154 nəfər xəsarət alıb.
AzadlıqRadiosu yazır ki, avtoritar ölkə olan Tacikistanda informasiya üzərində dövlət nəzarəti olduğundan itkilərin miqyası dəqiq deyil. Düşənbə aprelin 29-da yalnız iki Tacikistan vətəndaşının xəsarət aldığını və onların xəstəxanaya yerləşdirildiyini xəbər verib.
AzadlıqRadiosu Tacik xidmətinin bölgədə olan müxbirləri dördü hərbçi olmaqla 8 Tacikistan vətəndaşının həlak olduğunu xəbər verirlər.
Bundan əvvəl Qırğızıstanın cənub-qərbindəki Batken vilayətindən əsasən qadınlar və uşaqlar olmaqla 13500 nəfərin təxliyə olunduğu xəbər verilib.
Aprelin 29-da axşamın gec saatlarında iki ölkənin xarici işlər nazirləri atəşkəs razılaşması əldə olunduğunu və qoşun hissələrinin geri çəkiləcəyini bəyan ediblər.
Qazaxıstan prezidneti Qasım-Jomart Toqayev aprelin 30-da atəşkəs razılaşmasını alqışlayıb və münaqişənin dincliklə həll olunacağına ümid etdiyini bildirib. O habelə bu qarşıdurmanın çözülməsi üçün öz vasitəçilyini təklif edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova insidentlə bağlı Moskvanın “dərin narahatlığını” ifadə edib.
O bildirib ki, Rusiya situasiyanın siyasi və diplomatik yollarla çözümünə dəstək verməyə hazırdır.
Avropa İttifaqı Xarici Fəaliyyət və Təhlükəsizlik Siyasəti idarəsinin sözçüsü Piter Stano Qırğızıstan və Tacikistanı atəşkəsə əməl etməyə çağırıb.
***
Qırğızıstan Tacikistanla sərhəddə toqquşmalarda 13 nəfərin öldürüldüyünü bildirir. Ölkənin Səhiyyə Nazirliyi aprelin 30-da toqquşmalarda 134 nəfərin xəsarət aldığımı açıqlayıb. Toqquşmalar aprelin 28-də tərəflərin bir-birini daşa tutması ilə başlanıb.
Sonradan vəziyyət gərginləşib, sərhəd qüvvələri arasında atışma olub. Aprelin 19-da iki ölkənin xarici işlər nazirləri atəşkəs əldə olunduğunu, əsgərlərin geri çəkiləcəyəni, münaqişənin diplomatiya yoluyla həll olunacağını bildiriblər.
Batken regionunun hakim orqanları sərhəd kəndlərindən 13 min 500 qırğızın köçürüldüyünü açıqlayıb.
***
Qırğızıstan-Tacikistan sərhədində yerli sakinlərin iştirakilə baş vermiş qarşıdurmada üç nəfər həlak olub.
Qırğızıstan tərəfinin verdiyi məlumata görə aprelin 28-29-da Batken vilayətinin Leylek rayonunda 13 yaşlı qız uşağı da daxil üç nəfər öldürülüb.
Qırğızıstanın cənubundakı Batken vilayətinin polis idarəsi qarşıdurmaya görə Tacikisitan vətəndaşlarını ittiham edib.
Polis bildirir ki, taciklər Kok-Taş kəndində yerləşən hərbi birləşməyə atəş açıblar. Qırğızıstanın Ak-Say kəndi yaxınlığında da atışmanın olduğu bildirilir.
Tacikisitanın Sərhəd Mühafizəsi Xidməti qırğız tərəfinin ittihamalırını rədd edib və bildirib ki, əvvəlcə qırğızlar Qolovnoy supaylama stansiyası yaxınlığındakı sərhədçilərə atəş açıblar.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Tacikistan-Qırğızıstan sərhədində yerli sakinlər və sərhədçilər arasında baş vermiş toqquşmada onlarla insan xəsarət alıb.
Aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər.
Bu da xəbər verilir ki, mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub.
Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər.
“Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.
Lakin Taciksitan rəsmniləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.
Sovetdən qalma mübahisə
Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.
1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.
Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb.
Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar.
AzadlıqRadiosunun Qırğız xidmətinin məlumatına görə bundan sonra atəş açılıb.
“Fergana” saytının yazdığına görə aprelin 29-da tərəflər arasında “əsl müharibə” başlanıb.
Hazırda hər iki tərəf vəziyyətin sabit olduğunu bildirir.
Özbəkistan təmkinə çağırır
Qırğızıstanda münaqişənin tənzimlənməsi üçün komissiya yaradılıb. Komissiyaya baş nazirin birinci müavini Artyom Novikov başçılıq edir.
Hadisə ilə bağlı yaxınlıqdakı qırğız kəndlərindən birinin qadın və uşaqları başqa yerə evakuasiya olunub.
Qırğızıstan prezidenti Sadır Japarov hökumət üzvləri ilə müşavirə keçirib və deyib ki, tərəflər arasında ümumi dil tapmaq mümkün olacaq. Bu arada Özbəkistan hökuməti tərəfləri təmkinə çağırıb.
Qırğızıstan və Tacikistan arasındakı sərhəd 970 kilometrdir. Lakin bunun yalnız 519 kilometri delimitasiya və demarkasiya edilib.
Sərhəd boyunca 70 mübahisəli sektor var və burada yerli sakinlər arasında su, örüş yerləri və torpaq sahələri üstündə tez-tez qarşıdurmalar baş verir.