Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:44

Seçkiyə Paşinyan öz partiyası, Koçaryan Daşnaksutyunla gedir


Nikol Paşinyan (solda) və Robert Koçaryan
Nikol Paşinyan (solda) və Robert Koçaryan

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar 20 iyun parlament seçkisində müstəqil şəkildə iştirak edəcək.

AzadlıqRadiosunun Erməni xidmətiAzatutyunun məlumatına görə bu bəyanatı mayın 6-da parlamentdəki hakim “Mənim addımım” fraksiyasının başçısı Lilit Makunts Milli Məclisdə jurnalistlər üçün keçiridiyi brifinqdə verib:

“Vətəndaş müqaviləsi partiyası seçkidə blok şəklində yox, ayrıca partiya kimi iştirak edəcək. Baş nazir əvəzi Nikol Paşinyanın dediyi kimi, bizim seçki şüarımız “Gələcək var” olacaq”.

Xanım Makunts partiyanın seçkiqabağı siyahısına kimlərin daxil olacağını bildirməyib, amma deyib ki, siyahıda yeni adlar olacaq.

“Siyahılara gəlincə isə, icazə verin indiki vaxtda bir neçə səbəb üzündən heç bir məlumat verməyim. Birincisi ona görə ki, artıq dediyim kimi biz siyahını mayın 10-dan sonra açıqlayacağıq. Bunu deyə bilərəm ki, seçkiqabağı siyahıda yeni adlar olacaq. Siyahı partiyalar haqqında qanuna müvafiq olaraq hazırlanacaq”.

Lilit Makunts
Lilit Makunts

Azatutyun xatırladır ki, iyunun 20-də növbədənkənar seçkinin keçirilməsi üçün Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verib.

Beləki Ermənistan Konstitusiyasının tələblərinə görə erkən seçkinin keçirilməsi üçün Milli Məclis buraxılmalıdır.

Parlament isə iki həftə ərzində iki dəfə baş nazir seçə bilməyəndə buraxılır.

Mayın 3-də parlament artıq bir dəfə Paşinyanı baş nazir seçməyib.

Milli Məclisin növbəti iclası mayın 10-da olmalıdır.

Keçmiş Syunik qubernatorunun partiyası

Bu arada Ermənistan İnqilabi Federasiyası – Daşnaksutyun partiyası 20 iyun seçkisinə keçmiş prezident Robert Koçaryanla və “Dirçələn Ermənistan” hərəkatı ilə vahid blokda qatılacağını təsdiq edib.

“Dirçələn Ermənistan” partiyasına Syunik vilayətinin keçmiş qubernatoru Vahe Akopyan başçılıq edir.

Lakin bütövlükdə blokun liderliyini Robert Koçaryan edəcək.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu barədə bəyanatı mayın 6-da Daşnaksutyun partiyası ali orqanının nümayəndəsi İşxan Saqatelyan videomüraciətlə verib.

İşxan Saqatelyan
İşxan Saqatelyan

Saqatelyan deyib ki, onun partiyası “indiki siyasi situasiyada bu qərarı qəbul edərkən keçmiş prezidentin böhranı aradan qaldırmaq və ölkəni inkişaf yoluna qoymaq təcrübəsini nəzərə alıb”.

Mayın 6-da habelə “Dirçələn Ermənistan” partiyası seçkiyə Daşnaksutyun və Robert Koçaryanla vahid blokda gedəcəyini təsdiqləyib.

Bundan iki həftə əvvəl Koçaryan kimi əslən qarabağlı olan keçmiş prezident Serj Sarkisyan 20 iyun seçkisinə keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyanın “Vətən” partiyası ilə vahid blokda qatılacağını demişdi.

XS
SM
MD
LG