Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:02

DTX-nın əməliyyatı ilə həbs olunan polkovnik azadlığa buraxıldı


Samiq Əzizov
Samiq Əzizov

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin həbsdə olan polkovniki Samiq Əzizov məhkəmə zalından azadlığa buraxılıb. Mayın 7-də Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Polkovniki DSX-nın başqa vəzifəli şəxsləri ilə əlbir olub Xəzər dənizində balıq ovuna qeyri-rəsmi icazə müqabilində rüşvət almaqda suçlu sayılıb. Amma Rafiq Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona verilən cəza şərti hesab olunub. Sınaq müddəti müəyyənləşdirilməklə həbsdən azad edilib.

Əzizov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi birgə əməliyyat nəticəsində saxlanıb. DSX-nın rəis müavini, general Əfqan Nağıyev və digər vəzifəli şəxslər də həmin əməliyyat nəticəsində həbs olunmuşdu. Sonradan generalın barəsində həbs-qətimkan tədbiri dəyişdirildi, o, ev dustaqlığına buraxıldı. Bir müddət sonra onun barəsində cinayət işinə xitam verilməsi haqda məlumat yayılsa da, prokurorluq təkzib etmişdi. 44-günlük ikinci Qarabağ döyüşlərindən sonra isə məlum oldu ki, Nağıyev döyüşlərdə iştirak edibmiş. O, prezident fərmanları ilə "Qarabağ" ordeni, həmçinin "Zəngilanın azad edilməsinə görə" və "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Həbs olunan DSX vəzifəlilərinin işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib.

XS
SM
MD
LG