Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Lukaşenkadan fərman: öləcəyi halda ölkəni kim idarə edəcək


Lukaşenka, 9 may 2020
Lukaşenka, 9 may 2020

Mayın 9-da Aleksander Lukaşenka ölümündən sonra Belarusun idarəetmə mexanizmini izah edən "Suverenliyin və konstitusiya quruluşunun qorunması haqqında" bir fərman imzalayəb. Bu barədə onun mətbuat xidməti məlumat verib. Sənəd artıq qüvvəyə minib.


"Sənəddə dövlət başçısının sui-qəsd cəhdi, terror aktı törətməsi, xarici təcavüz və ya digər zorakı hərəkətlər nəticəsində öldüyü təqdirdə, bütün dövlət qurumları və onların vəzifəli şəxslərinin Təhlükəsizlik Şurasının qərarlarına uyğun hərəkət etmələri təmin edilir". Fərmanda yeni seçkilərin keçirilməsinə dair qərarın da Təhlükəsizlik Şurası tərəfindən veriləcəyi bildirilir.

Belarus konstitusiyasına görə, prezidentin ölümü və ya iş qabiliyyətini itirməsi halında, vəzifələri baş nazir tərəfindən yerinə yetirilir, Təhlükəsizlik Şurası bu çərçivədə qeyd edilmir.
Lukaşenka, Belarus xüsusi xidmət orqanları, iştirakçıların hərbi çevriliş etmək istədikləri bir sui-qəsdin qarşısının alınmasını elan etdikdən sonra, aprel ayında ölümü halında gücünü Təhlükəsizlik Şurasına köçürən bir sənəd imzalayacağını açıqladı.

Təhlükəsizlik Şurasına Lukaşenkanun özü sayılmadan 8 nəfər daxildir. Onlardan dördü hüquq-mühafizə orqanlarını təmsil edir.

XS
SM
MD
LG