Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:21

Putin-Bayden sammitində hansı məsələlər müzakirə olunacaq


Co Bayden (solda) və Vladimir Putin
Co Bayden (solda) və Vladimir Putin

Bayden dəfələrlə deyib ki, istənilən ədavətli siyasətlə bağlı Rusiyayla sərt davranacaq, amma tərəflərin qarşılıqlı maraqları olan məsələlərdə əməkdaşlıq tərəfdarıdır

ABŞ-ın tərksilah üzrə səfiri deyir ki, Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Ştatlar Prezidenti Co Baydenin mümkün görüşünə hazırlıq gedir.

Liderlər “silahlara nəzarət və təhlükəsizlik məsələləri üzrə strateji sabitlik müzakirələri aparmağa razılaşıblar”, – Robert Vud mayın 11-də BMT-nin konfransında deyib.

“Onlar müzakirələrə hazırlıq prosesindədirlər”, – o, sözlərinə əlavə edib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da mayın 11-də Bakıya səfəri zamanı deyib ki, Moskva ikitərəfli sammit baş tutarsa, silahlara nəzarət və təhlükəsizlik məsələlərinin müzakirəsini təklif edib.

Müzakirə mövzuları

Onun sözlərinə görə, Moskva təklif olunan görüşün detalları ilə bağlı Vaşinqtonun cavablarını gözləyir.

Bayden iyunda Avropaya planlaşdırılan səfəri zamanı rusiyalı həmkarıyla görüşə biləcəyinə ümidvar olduğunu bildirib.

ABŞ prezidenti hələ apreldə təklif edib ki, üçüncü ölkədə bir araya gələrək Ukraynaya hərbi təhdidləri, rusiyalı hakerlərin gerçəkləşdirdiyi iddia olunan kiberhücumları, Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının məsələsini müzakirə etsinlər.

Bayden dəfələrlə deyib ki, istənilən ədavətli siyasətlə bağlı Rusiyayla sərt davranacaq, amma tərəflərin qarşılıqlı maraqları olan məsələlərdə əməkdaşlıq tərəfdarıdır. Bu məsələlər nüvə silahlarının yayılmamasını, iqlim dəyişikliyini, İranla nüvə sazişini, Şimali Koreyanı, Əfqanıstanda sülh və sabitliyin təmin olunmasını əhatələyir.

Fevralda Rusiya və Birləşmiş Ştatlar nüvə silahlarına nəzarət üzrə Yeni START sazişini daha beş il uzadıblar.

XS
SM
MD
LG