Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:53

BVF qlobal vaksinasiya üçün 50 milyard dollar ayıracaq


Birləşmiş Ştatlarda peyvəndləməni sürətləndirməkdən ötrü lotereya proqramları hazırlanır

Beynəlxalq Valyuta Fondu (BVF) COVID-19 pandemiyasına son qoyulması səyləri üçün 50 milyard dollar ayıracağını bildirib.

Təşkilat bildirib ki, bu vəsait qlobal əhalinin 60 faizinin gələn ilin sonunadək peyvəndlənməsi üçün nəzərdə tutulub.

Ekspertlər bunun, xüsusilə də zəngin ölkələrin pandemiyaya xərclədiyi trilyonlarla müqayisədə o qədər də böyük məbləğ olmadığını bildirirlər.

Bura Birləşmiş Ştatların öz əhalisi və iqtisadiyyatı üçün ayırdığı 1.9 trilyon dollar da daxildir.

Bu arada COVID-19-a qarşı vaksin istehsal edən Pfizer, Moderna və Johnson & Johnson şirkətləri mayın 21-də Romada keçirilən Qlobal Səhiyyə Sammitində bəyan ediblər ki, bu il və gələn il orta və aşağı gəlirli ölkələr üçün güzəştli qiymətlərlə 3.5 milyard doza vaksin ayıracaqlar.

Ekspertlər bildirirlər ki, vaksinasiya qlobal iqtisadiyyatı sarsıdan və 2019-cu ildən bəri 3.4 milyon insanın həyatına son qoyan pandemiyadan çıxış üçün başlıca faktordur.

AB-yə səyahət şəhadətnaməsi razılaşdırıldı

Koronavirusdan üç dəfə çox ölən olub

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, koronavirus pandemiyasından rəsmi rəqəmlərdən üç dəfə artıq insan dünyasını dəyişmiş ola bilər.

“Ümumi ölü sayı rəsmi açıqlanandan az 2-3 dəfə böyükdür”, – DST-nin data üzrə baş direktor köməkçisi Samira Asma deyib.

BMT agentliyi 2021-ci ilin mayınadək COVID-19-dan 3.4 milyonadək insanın vəfat etdiyini hesablayıb.

“Bu rəqəm həqiqətən 2-3 dəfə yuxarı ola bilər. Məncə, 6-8 milyonadək insanın dünyasını dəyişdiyini söyləmək olar”, – Asma virtual mətbuat konfransında bildirib.

Bu hesablamaya həm COVID-19-dan qeydə alınmayan ölümlər, həm də xəstəxanalarda çarpayı qıtlığı, hərəkət məhdudiyyətləri səbəbindən dolayısı ölümlər daxildir. Bunu isə DST-nin data təhlilçisi Uilyam Msemburi vurğulayıb.

“COVID-19-a birbaşa, yaxud dolayısı ilə bağlı ümumi ölü sayının əhəmiyyətli dərəcədə az hesablanması ilə üzləşmişik”, – o deyib.

***

Avropa Birliyi vətəndaşları artıq 27 üzvü olan blokda yay tətili planları qura bilərlər. Qurum təmsilçiləri COVID-19 sertifikatları üzrə kompromis əldə ediblər.

AB vətəndaşları rəqəmsal tibbi sənəd əldə edə biləcəklər. Bu sənəddə onların peyvəndləmə durumu, COVID-19 testlərinin nəticələri, yaxud koronavirusa yoluxması haqda informasiya əks olunacaq.

Əlavə məhdudiyyətlər olmayacaq

Rəqəmsal sertifikatlar Avropa ölkələrinin yay mövsümündə turistlərə sərhədlərini açması üçün vacib sayılırdı.

Mayın 20-də AB-nin Avropa Parlamentindəki təmsilçiləri və üzv ölkələr sertifikatlarla bağlı fikir ayrılıqlarını yoluna qoyublar. Avropa Komissiyasının məlumatına görə, sertifikatlar rəqəmsal formada olacaq, smartfonlarda, yaxud kağız üzərində göstərilə biləcək, data “çox yüksək səviyyədə” qorunacaq.

Avropa Parlamenti təkid edirdi ki, bu sertifikatlar vətəndaşlara üzv ölkələrə rahat səyahət imkanı verməlidir, hökumətlər onlara karantin kimi əlavə məhdudiyyətlər tətbiq etməməlidir.

İndi təklifi üzv ölkələr rəsmən təsdiqləməli, iyunda isə Avropa Parlamentində ratifikasiya olunmalıdır.

Argentina

Cənubi Amerikada isə sərhədlərarası səyahət haqda düşünmək belə tezdir, çünki pandemiya tüğyan edir. Argentina Prezidenti Alberto Fernandes bu il ilk dəfə olaraq sərt karantin elan edib.

“Pandemiya başlanandan onun ən ağır dönəmini yaşayırıq”, – Fernandes çıxışında deyib və argentinalıları “bu vəziyyətə ciddi yanaşmağa” çağırıb.

Lokdaun mayın 22-dən 31-dək davam edəcək, sosial, biznes, təhsil, dini, idman fəaliyyəti təxirə salınacaq.

Argentinada indiyədək 3.4 milyon yoluxma və 72 mindən çox ölüm təsdiqlənib. Prezidentin sözlərinə görə, bir neçə günə ölkəyə 4 milyon doza Sputnik V və AstraZeneca vaksinləri gəlməlidir.

Şimali Amerika

Kanadanın Ontario vilayətində 10 nəfərədək şəxsin açıq havada bir araya gəlməsinə, iyunun ortasından həyati əhəmiyyətli olmayan pərakəndə satış obyektlərinin tutumunun 15 faizi həcmində işləməsinə icazə verilə bilər.

Kanadanın ən sıx məskunlaşmış bu vilayəti aprelin əvvəlindən lokdaun şəraitindədir, o zaman yoluxmaların üçüncü dalğası xəstəxanaları təzyiqi artırmışdı.

Birləşmiş Ştatlarda isə peyvəndləməni sürətləndirməkdən ötrü lotereya proqramları hazırlanır.

Ohayonun qubernatoru Mayk Devayn bir həftə öncə elan edib ki, peyvənd olunmuş beş nəfər yetkin yaşlının hərəsi ştatın “Vax-a-Million” lotereyasından 1 milyon dollar qazanacaq.

Merilend ştatında mayın 20-də yayılmış informasiyaya görə, hər gün lotereyada vaksinasiya olunmuş şəxslərdən bir nəfər təsadüfi metodla seçilərək 40 min dollar əldə edəcək.

40 gün ərzində 40 nəfər bu cür seçiləcək. Yekun udluş məbləği isə 4 iyul Müstəqillik günündə oynanılacaq, 400 min dollar həcmində olacaq.

XS
SM
MD
LG