Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:07

Navalnıya üç yeni cinayət işi açılıb


Aleksey Navalnı (fotokollaj)
Aleksey Navalnı (fotokollaj)

Navalnının mayın 25-də Instagram-da yazmasına görə, işlər barədə bir gün öncə həbsxanada ona baş çəkən müstəntiqdən xəbər tutub

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı deyir ki, ona üç yeni cinayət işi açılıb.

Navalnının mayın 25-də Instagram-da yazmasına görə, işlər barədə bir gün öncə həbsxanada ona baş çəkən müstəntiqdən xəbər tutub.

“Cinayət sindikatım böyüyür”

O bildirib ki, işlərdən birində o, Antikorrupsiya Fonduna (FBK) ianələrin oğurlanmasında, ikincidə isə “vətəndaşları öz mülki vəzifələrini icra etməkdən imtinaya həvəsləndirməkdə” ittiham olunur.

Kremlin 44 yaşlı tənqidçisinə üçüncü cinayət işi hakimi təhqir etməyə görə açılıb.

“Beləliklə də elə düşünməyin ki, kameramda oturub çay içir, veyllənirəm”, – o, istehzayla yazıb.

“Mənim güclü cinayət sindikatım böyüyür. Daha çox cinayət törədirəm. Getdikcə mənimlə daha çox müstəntiq məşğul olur, həm də bunlar qətllər, oğurluqlar, adam oğurluğu kimi cəfəngiyatla bağlı deyil. Düşündük ki, buna görə, Baş İstintaq İdarəsinə, onun xüsusi işlər üzrə müstəntiqlərinə ehtiyacımız var”, – müxalifətçi əlavə edib.

Hazırda Navalnı mənimsəmə ittihamı üzrə həbs cəzası çəkir və ittihamların onun siyasi fəaliyyətinə görə quraşdırıldığını deyir.

Kremlin kampaniyası

O, yanvarda müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. Navalnı ötən avqustda sinir qazıyla zəhərlənməsini Federal Təhlükəsizlik Xidmətinin agentləri tərəfindən, Prezident Vladimir Putinin göstərişilə həyata keçirildiyini deyir. Kreml isə zəhərlənmədə hər hansı rolu olmadığını bildirir.

Navalnının həbsindən sonra Kreml ona və həmkarlarına qarşı kampaniyanı gücləndirib.

Mayın 25-də parlamentin aşağı palatası Navalnı tərəfdarlarının və “ekstremist” təşkilatların üzvlərinin vəzifəyə seçilməsini yasaqlayacaq qanun layihəsini ikinci oxunuşda müzakirə edir.

Navalnının fondunun və daha ona bağlı daha iki təşkilatın sentyabrda keçiriləcək parlament seçkisi öncəsi “ekstremist” elan olunması üzrə məhkəmə dinləməsi iyunun 9-na təyin olunub.

Bu arada rəy sorğuları hakim Vahid Rusiya partiyasının reytinqinin indiyədək ən aşağı həddə düşdüyünü göstərir.

XS
SM
MD
LG