Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:06

Paşinyan yenə də KTMT və Rusiyaya çağırış edir (Video)


Azırbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edir - sərhəddən yeni məlumatlar
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Azırbaycanla Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edir - sərhəddən yeni məlumatlar

"Azərbaycan qoşunlarının Syunikdə məqsədi döyüş hərəkətləri törətmək və Azərbaycan prezidentinin daha əvvəl dediyi kimi Naxçıvana dəhliz açmaq idi".

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu mayın 26-da Ermənistan Milli Məclisində keçirilən “hökumət saatında” baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən danışarkən deyib.

Paşinyan bildirib ki, Ermənistan da məhz bu səbəbdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.

Baş nazir əvəzinin sözlərinə görə hakimiyyətin əleyhinə tənqidlər səslənir və bir çoxları KTMT-yə müraciət edilməsini səhv addım sayır.

Amma Paşinyanın fikirncə, Ermənistanın problemin həlli üçün gücə əl atmamasına məhz KTMT partnyorları çağırıblar.

“Ermənistan KTMT-də xahişçi deyil. Bu, üzv ölkələrin belə situasiyalarda istifadə olunması üçün yaratdıqları bir alətdir”.

Baş nazir əvəzi deyib ki, KTMT Azərbaycan qoşunlarının çıxış mövqelərinə qayıtmasının zəruriliyi barədə indiyədək dəqiq mövqe nümayiş etdirməyib. Onun sözlərinə görə halbuki bu mövqe işçi müzakirələr zamanı dilə gətirilir.

Ermənistan seçkiqabağı kampaniyalara hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Rusiya ilə Azərbaycanın sərhədi də demarkasiya olunmayıb

Paşinyan bildirib ki, sərhəddəki vəziyyətə görə hazırda ölkədə hərbi vəziyyətin elan olunmasına ehtiyac görmür:

“Hərbi vəziyyət vəziyyətin kəskinləşdiyi vaxtlarda elan oluna bilər”.

Baş nazir əvəzi ümid etdiyini bildirib ki, vəziyyət kəskinləşməyəvək, əksinə həll yolu tapılacaq.

Paşinyan əlavə edib ki, Azərbaycanın hərbi birləşmələri ölkə ərazisindən çıxmayınca Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası üçün komissiyanın yaradılması barədə sənədi imzalamayacaq:

“Syunikdən söz düşəndə deyirlər ki, sərhədin bu hissəsində Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya aparılmayıb. Amma demək istəyirəm ki, ona qalsa, Rusiya-Azərbaycan sərhədində də demarkasiya və delimitasiya aparılmayıb. Nə olsun ki?..”

Azərbaycan Rusiyanın “qırmızı xəttini” keçib

Müstəqil deputat Tiqran Urixanyanın sualına cavab verərkən Paşinyan deyib ki, o KTMT və ya Rusiyanın Ermənistana münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirməsindən imtina edilməsini qeyri-mümkün sayır:

“Bu necə ola bilər ki, KTMT və ya Rusiya Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməsinlər? Bu, təşkilatın özünü buraxması deməkdir. Rusiya prezidentinin özü də açıq bəyan edib və bizimlə müzakirələrdə deyib ki, “Ermənistanın sərhədi bizim üçün “qırmızı xətdir””.

Paşinyan Azərbaycanın bu “qırmızı xətti” keçdiyini vurğulayıb.

Bununla yanaşı Paşinyan deyib ki, əgər KTMT və ya Rusiya-Ermənistan birgə hərbi qüvvəsi barədə saziş bir alət kimi kifayət etməsə, Ermənistan Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə müdaxiləsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına da müraciət edə bilər.

Yenə də deputat Urixanyanın sualına cavab verərkən Paşinyan Azərbaycanın hərəkətlərinin arxasında Türkiyənin dayanmasını istisna etmədiyini deyib.

XS
SM
MD
LG