Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

Əbədi virus – Qərb mediası


Pakistanda evsizlər, 1 iyun, 2021-ci il
Pakistanda evsizlər, 1 iyun, 2021-ci il

Məqalədə deyilir ki, pandemiyaya yalnız pul və resurslarla qalib gəlmək olmaz. Məsələ həm də ideya və strategiyadadır

Pandemiyanın “Delta” adlı yeni problemi var. “The Washington Post” qəzetinin redaksiya məqaləsi belə adlanır.

Dünya Səhiyyə Təşkilatı mayın 31-də koronavirusun ştammlarına yeni adlar qoyub. Britaniyada aşkarlanan ştamm “alfa”, Hindistanda tapılan isə “delta” adlandırılıb. Deltanın hazırda Birləşmiş Ştatlar daxil olmaqla 60-dan çox ölkədə yayıldığı bildirilir. Onun da digər variantlar kimi virusun orijinal formasından daha təhlükəli, vaksinlərə daha davamlı ola biləcəyi vurğulanır.

Qəzet yazır ki, delta pandemiyanın belə tezliklə bitməyəcəyinə daha bir xəbərdarlıqdır. Doğrudur, vaksinlər, gücləndirici dozalar bəşəriyyəti xəstəliyin ağırlaşmasından, ölümdən qoruya bilər. Amma Birləşmiş Ştatlarda, digər yerlərdə də hələ peyvənd olunmamış şəxslər, yaxud əhalinin həssas təbəqələri var. “Delta təhdidi vaksinə şübhə edənləri yenidən düşünməyə vadar etməlidir”, – məqalədə deyilir.

Artıq deltanın Britaniyada yayılmağa başladığı, onun alfadan daha yoluxucu ola biləcəyi deyilir. Üstəlik, İngiltərə və Şotlandiyadan gələn xəbərlərə görə, vaksinlər deltaya qarşı daha az effektlidir. Birinci doza 15-20 faiz az effektlidir, iki doza isə birlikdə daha yaxşı effekt göstərə bilər.

Bu pandemiya hələ çox çəkəcək

“Foreign Affairs” dərgisində çıxmış məqalədə də COVID-19 pandemiyasının bu tezliklə yoxa çıxmayacağından söz açılır. “SARS-CoV-2-nin kökü kəsilə bilməz, çünki artıq on ikidən çox müxtəlif heyvan növündə yayılmaqdadır. İnsanlar arasında qlobal kütləvi immunitetə çatmaq mümkün deyil.... Təhlükəli ştammlar peyda olanadək dünyada yetərincə insanda immunitet yaranmayacaq... Belə supervariantlar dünyanı geriyə, 2020-ci ilə qaytara bilər”, – məqalədə deyilir.

Məqalədə deyilir ki, pandemiyaya yalnız pul və resurslarla qalib gəlmək olmaz. Məsələ həm də ideya və strategiyadadır. 1854-cü ildə Con Snou Londonda xolera epidemiyasını infeksiya mənbəyi olan quyunu aşkarlamaqla dayandırdı. O, yerli icma liderlərini inandırdı ki, suçəkənin dəstəyini dəyişsinlər və… pandemiya kəsildi.

“İndiki pandemiyaya gəlincə, epidemiologiyanın dünyanı nisbətən normal vəziyyətə qaytarması üçün alətləri var… Əsas məsələ vaksinlərə daşınan resurs kimi baxmaq, onları ən çox ehtiyac olan yerlərə, yoluxmanın yüksək olduğu yerlərə göndərməkdir”, – müəlliflər yazır və vaksin ehtiyatı bol olan Birləşmiş Ştatların bu işə rəhbərlik edə biləcəyini vurğulayır.

Digər xilas yolları yoluxma ocaqlarını müəyyənləşdirərək qarşısını almaq, adamlara mümkün yoluxma haqda xəbərdarlıq etməkdir.

XS
SM
MD
LG