Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:43

İranda seçkiyə neçə namizəd gedir


İranda namizədlərin debatı
İranda namizədlərin debatı

ISPA sorğu institutu Mehralızadənin seçkiöncəsi rəy sorğularında geri qaldığını üzə çıxarıb

Mühafizəkar namizədin də seçki kampaniyasından çəkildiyi xəbər verilir. İndilik, 18 iyun seçkisinə cəmi beş namizəd gedir.

Əlirza Zakani parlamentin tədqiqat mərkəzinin rəhbəridir, deputat kimi Tehranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinə qarşı sərt mövqeyi ilə tanınıb.

Zakani 1990-cı illərin sonunda İranın könüllü Bəsici yarımhərbi qüvvələrinin başçısı olub. Ayətulla Ruhulla Xomeyni həmin qüvvələri 1979-cu ildə yaradıb, İslam İnqilab Keşikçiləri Korpusunun tərkibindədir.

O, iyunun 16-da Rəisini dəstəkləyib, onu “ən yaxşı namizəd” hesab etdiyini deyib.

Bu günün sonunadək digər namizədlərin də yarışmadan çəkiləcəyi gözlənir. İran parlamentinin 200-dən çox üzvü sərt xətt tərəfdarı olan namizədləri namizədlərini geri götürməyə və Rəisini dəstəkləməyə çağırıb.

***

İranda 18 iyun prezident seçkisinə buraxılmış iki islahatçıdan biri namizədliyini geri götürüb.

İran mediası 64 yaşlı keçmiş vitse-prezident Möhsün Mehralızadənin iyunun 16-da, seçki kampaniyasının son günündə namizədliyini geri götürdüyünü yazır.

O, seçkiyə buraxılmış iki islahatçıdan biriydi. Prezident Həsən Ruhani iki müddət prezident olduğundan bu dəfə seçkiyə qatıla bilmir.

Bir faizdən də az səs...

Mehralızadə seçki marafonundan çəkiləndən sonra cəmi altı namizəd qalır. Seçkini ədliyyənin ultramühafizəkar rəhbəri İbrahim Rəisinin udacağı gözlənir.

Ali dini lider Ayətulla Əli Xameneyiyə yaxın sayılan Rəisi namizədlər içində ən şanslı kimi dəyərləndirilir.

IRNA dövlət xəbər agentliyinin məlumatına görə, Mehralızadə seçkini keçirən Daxili İşlər Nazirliyinə məktub yazaraq namizədliyini geri götürüb.

Mehralızadənin seçki qərargahının sözçüsü iyunun 16-da axşamadək rəsmi bəyanat yayılacağını bildirib.

ISPA sorğu institutu Mehralızadənin seçkiöncəsi rəy sorğularında geri qaldığını üzə çıxarıb. Bu rəy sorğularına görə, onun bir faizdən də az səs yığacağı gözlənir.

Seçici fəallığı

Mehralızadənin geri çəkilməsi islahatçı hesab olunan digər namizədin – mərkəzi bankın keçmiş sədri, 66 yaşlı Əbdülnasir Hümmətinin şanslarını artıra bilər.

Rəy sorğuları seçici fəallığının 2020-ci ilin fevralında parlament seçkilərindəki 57 faizdən də az ola biləcəyini göstərib.

Çoxu mötədil və islahatçı olmaqla minlərlə namizəd seçkiyə buraxılmayıb.

İranda prezidenti seçkisi Tehranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən danışıqlarla eyni vaxta düşür.

Ölkədə sanksiyaların səbəb olduğu ağır iqtisadi və sosial böhrandan xalq narazılığı da güclüdür.

Seçici apatiyasına koronavirus pandemiyasının da təsir göstərdiyi bildirilir.

XS
SM
MD
LG