Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 08:26

Belarusa qarşı sanksiyalar məsələsində Avstriyanı ‘yola gətirmək’ mümkün olub


İspaniyanın Malaqa şəhərində anti-Lukaşenka aksiyası
İspaniyanın Malaqa şəhərində anti-Lukaşenka aksiyası

Avstriya hökuməti və Avropa diplomatlarının bildirdiyinə görə Avropa İttifaqı ötən ay Ryanair hava şirkətinin sərnişin təyyarəsini məcburən Minskə endirdiyinə və sərnişinlərin arasında olan müxalifət fəalını həbs etdiyinə görə Belarusun üzərinə iqtisadi sanksiyaların qoyulmasına dair razılaşma əldə edib.

Avstriyanın Xarici İşlər Nazirliyi iyunun 18-də verdiyi bəyanatda bildirir ki, bu razılaşma “Belarus rejiminin dözülməz repressiya aktlarına qarşı aydın və hədəfli siqnal” deməkdir.

Xarici işlər naziri Aleksander Şellenberq Twitter postunda bu sanksiyaların “təsirli və hədəfli” olduğunu yazıb.

Avropa İttifaqının xarici işlər nazirləri iyunun 21-də Lüksemburqda keçiriləcək iclasda Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka rejiminin “pul kisəsini” vuracaq sanksiyaları müzakirə edəcəklər.

Bundan əvvəl sanksiyalar sözü gedən ölkələrin ekspertləri tərəfindən razılaşdırılıb.

Əgər sanksiyalar Avropa İttifaqı hökumətləri tərəfindən siyasi səviyyədə razılaşdırılarsa, Belarusa kreditlərin verilməsi dayandırılacaq, Avropa İttifaqı investorlarına Belarus hökumətinin qiymətli kağızları ilə alış-veriş etmək qadağan olunacaq.

Sanksiyalar habelə Avropa banklarına Belarusa investisiya xidmətlərinin göstərilməsini qadağan etməlidir.

Avstriyanın narahatlığı

Reuetrs agentliyi bildirir ki, sanksiyalar habelə Belarusa daha sərt silah emabarqosu irəli sürür, adamların izlənməsi üçün istifadəsi mümkün olan kommunikasiya avadanlığının bu ölkəyə satılmasını yasaqlayır.

Bəzi məlumatlara görə sanksiyalara habelə Belarusun əsas ixrac məhsulu olan potaşın alınmasının qadağanı, Avropa İttifaqının Belarusdan tütün məhsullarını, neft və neft məhsullarını almasının məhdudlaşdırılmasını nəzərdə tutur.

18 iyun razılaşmasının əldə olunmasına ən çox Avstriya müqavimət göstərirdi. Vynananı xüsusilə də Belarusun maliyyə sisteminə sanksiyaların qoyulması narahat edirdi.

Diplomatlar bildirirlər ki, Avstriya bankları ilə Belarus arasında sıx işbirliyi mövcuddur.

Avropa İttifaqı bundan əvvəl Ryanair reysinin məcburən Belarusa endirilməsinə reaksiya verib.

Avropa İttifaqının hava məkanı və hava limanları Belarus aviaşirkətlərinə bağlı elan edilib.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell Avropa Parlamenti üzvlərinə Belarusa qarşı sanksiyaların artıq bu aydan tətbiqinə başlanacağını bildirib.

XS
SM
MD
LG