Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:06

Paşinyan rəqiblərinə: ‘Oğurlananların qaytarılması üçün danışıqlara çağırıram’


Nikol Paşinyan 21 iyun mitinqində
Nikol Paşinyan 21 iyun mitinqində

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bu bəyanatı iyunun 21-də Yerevanın Respublika meydanında keçirilən mitinqdə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan verib.

Paşinyanın rəhbərli etdiyi Vətəndaş Müqaviləsi partiyası iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisində səslərin 53.92 faizini qazanıb və indi başda liderin özü olmaqla yeni hökumət təşkil edə bilər:

“Bugünkü mitinqlə biz seçkiqabağı kampaniyanı başa vururuq. Ümid edirəm ki, biz indi Ermənistanda 9 noyabrda başlanmış böhranın aşıldığını elan edə bilərik. Sabah biz tammiqyaslı işimizə qayıdırıq, amma şərait və vəziyyət indi kökündən dəyişib. Çünki Ermənistan bizim hökumətimizə, bu siyasi komandaya ölkədə qanunun və hüququn diktaturasını qurmaq üçün mandat verib. Xalq polad inqilabı həyata keçirib”.

Ermənistanlı fəal: 'Erməni xalqı seçkidə qalib gəldi'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

“Söyüşü və aqressiyanı dayandırın”

Paşinyan çıxışı zamanı beynəlxalq müşahidəçilərin seçkinin aqressiv ritorika mühitində keçdiyinə dair iradlarını qəbul etdiyini bildirib:

“Ermənistan xalqı öz qərarını qəbul edib. O yeni siyasi situasiya yaradıb. Bu situasiyanın birinci və sonuncu nöqtəsi belədir: Mən bütün siyasi qüvvələrə, bu sadə nöqtənin bütün ictimai iştirakçılarına bu söyüşməyə son qoymağı təklif edirəm. Mən bütün tərəfdarlarımı söyüşə, lazımsız aqressiyaya, lazımsız düşmənçiliyə son qoymağa çağırıram, çünki biz ciddi problemlərlə üzləşmişik. Biz dövlətçiliyimizin qurulmasında bu ecazkar səhifəni açmalıyıq”.

Nikol Paşinyan əlavə edib ki, bu onun xalq qarşısında götürdüyü öhdəliklərdən geri çəkilməsi demək deyil:

“Ermənistanda qayda-qanun, məsuliyyətin qaçılmazlığı olacaq”.

Baş nazir əvəzi daha bir təklif verib:

“Oğurlananların qaytarılmasına dair danışıqlara başlanmasına çağırıram. Bu Ermənistan Respublikasının sosial-iqtisadi gündəliyinə xidmət edərdi”.

Mitinqdə Paşinyana “qanunun diktaturasını” qurmaq üçün simvolik “polad mandat” təqdim olunub.

XS
SM
MD
LG