Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:50

İsraildə maska tələbi bərpa olunur


İsrail, aprel, 2021-ci il
İsrail, aprel, 2021-ci il

Bu həftə yoluxmalar dörd dəfədən çox artıb. Əsas səbəb kimi iki məktəbdə delta variantının aşkarlanması göstərilir

İyunun 25-də İsraildə qapalı məkanlarda maska taxmaq tələbi bərpa olunub. Məhdudiyyət cəmi 10 gün idi qaldırılmışdı. Ölkədə yüksək yoluxucu delta variantına bağlı yoluxma sayı artır.

Ölkədə vaksinasiya sürətlə getdiyindən maska tələbi qüvvədə qalan sonuncu qayda idi.

Bu həftə yoluxmalar dörd dəfədən çox artıb. Əsas səbəb kimi iki məktəbdə delta variantının aşkarlanması göstərilir. Rəsmilər valideynləri 12-15 yaşlı övladlarını peyvənd elətdirməyə çağırıblar.

Səhiyyə nazirliyi evdən başqa digər qapalı məkanlarda maska tələbini bərpa edib. Açıq havada böyük toplantılarda, özəlliklə bu həftəsonuna gözlənən gey paradlarda maska taxmaq tövsiyə olunur.

Azı 80 faiz

İsrailin 9.3 milyonluq əhalisinin 55 faizinə Pfizer-BioNTech vaksininin hər iki dozasının vurulduğu bildirilir. Ötən ay 12-15 yaşlılara da bu peyvəndin vurula biləcəyi açıqlanıb, amma hələlik, sözügedən yaş qrupunda fəallıq böyük deyil.

İsrailin pandemiya üzrə koordinatoru Naxman Aş apreldə deyirdi ki, ölkədə 75 faizlik “kütləvi immuniteti” ya əhalinin peyvəndlənməsi, ya da COVID-19-a yoluxması nəticəsində yarana bilər.

Amma delta variantının yüksək yoluxuculuq səviyyəsini nəzərə almaqla o, həmin rəqəmin “azı 80%” olmalı olduğunu deyib.

Səhiyyə nazirliyi hazırda əhalinin 65 faizə yaxınının peyvəndləndiyini, yaxud COVID-19-dan sağaldığını bildirir.

XS
SM
MD
LG