Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:42

Oksford vaksininin üçüncü dozası, Sinovac-ın...


Braziliyada mobil vaksinasiya məntəqəsi
Braziliyada mobil vaksinasiya məntəqəsi

Tədqiqatçılar Çin vaksinlərinin deltanın yaratdığı simptomatik və ağır yoluxma riskini müəyyən qədər azaltdığını aşkarlayıblar.

Oksford- AstraZeneca-nın COVID-19-a qarşı vaksininin üçüncü dozası güclü immun reaksiyası yaradır. Tədqiqatçılar bazar ertəsi, iyunun 28-də onu da qeyd ediblər ki, bu dozanın vacibliyinə dəlil yoxdur, özəlliklə də, bəzi ölkələrdə vaksin qıtlığı yaşandığı bir vaxtda.

“Reuters” Oksford Universitetinin apardığı tədqiqatdan yazır. Üçüncü dozanın anticisim və T-hüceyrə immun reaksiyasını gücləndirdiyi üzə çıxıb. Bundan başqa, ikinci dozanı 45 həftəyə qədər yubatmağın mümkünlüyü, onun da immun reaksiyasını artırdığı bəlli olub.

Buster dozaya ehtiyac varmı

Britaniyada böyüklərin beşdə üçünə COVID vaksininin hər iki dozasının vurulduğu bildirilir. Hökumət payızda vaksin busteri kampaniyası planlarını nəzərdən keçirdiyini deyib.

Oksford Vaksin qrupunun direktoru Endru Pollard deyib ki, vaksinin mövcud variantlara qarşı müəyyən müddətə qoruma təmin etməsinə dəlil busterə ehtiyac olmayacağı deməkdir.

“Hazırda Britaniya əhalisində yüksək qoruma yaranıb, onun itəcəyinə dəlil yoxdur, buna görə də digər ölkələrdə dozaların heç olmadığı bir vaxtda Britaniyada üçüncü doza vurdurmaq qəbuledilməzdir”, – o, sözlərinə əlavə edib.

Daha öncəki araşdırmalar Oksford/AstraZeneca vaksininin ikinci dozasını dörd deyil, 12 həftədən sonra vurduranda belə yüksək qorumanın yarandığı üzə çıxıb.

Araşdırma zamanı 30 iştirakçıya ikinci doza gec vurulub, 90 nəfərə isə üçüncü doza vurulub. Hamının yaşı 55-dən aşağı olub.

“Bu vaksindən buster vaksinasiya rejimində istifadə edə bilməyəcəyimizlə bağlı müəyyən narahatlıq vardı, data isə bunun əksini deyir”, – araşdırma müəllifi Tereza Lambe agentliyə deyib.

Ağırlaşmalar azalır

“Reuters” digər məqaləsində Çin vaksinlərinin delta ştammına qarşı effektini araşdırıb. İndoneziyadan tutmuş Braziliyaya qədər bir çox ölkələrdə COVID-19-a qarşı Çin istehsalı vaksinlər vurulur. Amma onların ilk dəfə Hindistanda aşkarlanmış delta ştammından yetərincə qorumaması ilə bağlı narahatlıq var.

Tədqiqatçılar Çin vaksinlərinin deltanın yaratdığı simptomatik və ağır yoluxma riskini müəyyən qədər azaltdığını aşkarlayıblar. Bunu epidemioloq Jonq Nanşan Quanqjou şəhərində yoluxmaların təhlilinə əsasən deyib. Amma o, nəticələrin ilkin, nümunələrin kiçik miqyaslı olduğunu sözlərinə əlavə edib.

Sinovac-ın sözçüsü Liu Peiçenqin agentliyə deməsinə görə, bu peyvənd vurulmuş şəxslərdən götürülmüş ilkin qan nümunələri delta ştammının üç dəfəyədək neytrallaşdırıldığımı göstərib.

O deyib ki, ikidozalı rejimdən sonra gücləndirici doza deltaya qarşı daha güclü və uzunmüddətli anticisim reaksiyası yarada bilər. Amma sözçü əlavə data açıqlamayıb.

Müəyyən qoruma yaranır, amma...

Çinin iki vaksininin yaratdığı anticismlər digər variantlarla müqayisədə deltaya daha az təsir göstərir. Bunu isə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin keçmiş direktor müavini Fenq Zijan ötən həftə dövlət mediasına deyib.

Amma bu vaksinlər də müəyyən qoruma təmin edirlər. Çində delta ştammının aşkarlandığı Quanqdonq vilayətində peyvənd olunanlardan heç birində ağır simptomlar formalaşmayıb. Ağırlaşmalar peyvənd vurulmayanlarda olub.

Honq Konq Universitetinin virusoloqu Jin Donq-Yan deyir ki, Fengin şərhi Çin vaksinlərinin ağır hallara qarşı effektli olması iddiasını dəstəkləməyə yetmir, əlavə data lazımdır.

Məsələn, delta variantının vüsət aldığı İndoneziyada Sinovac vurulmuş yüzlərlə tibb işçisi COVID-19-a tutulub. Amma onların delta ştammına yoluxub-yoluxmadığı bəlli deyil.

İngiltərə İctimai Səhiyyə idarəsinin mayda apardığı araşdırma Pfizer-BioNTech vaksininin ikinci dozadan sonra deltaya qarşı 88% effektli olduğunu üzə çıxarıb. İlk dəfə Britaniyada aşkarlanmış alfa variantına isə 93% təsir göstərib.

AstraZeneca-nın iki dozasının deltaya 60, alfaya 66% təsir göstərdiyi bəlli olub.

Johnson & Johnson's şirkətinin birdozalı vaksinin effektinə dair əsaslı data yoxdur.

XS
SM
MD
LG