Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:46

BMT Belarusu yüzlərlə siyasi məhbusu dərhal azad etməyə çağırır


BMT-nin xüsusi məruzəçisi Anais Marin İnsan Haqları Şurasının iclasında çıxış edir
BMT-nin xüsusi məruzəçisi Anais Marin İnsan Haqları Şurasının iclasında çıxış edir

BMT-nin xüsusi məruzəçisi iyulun 5-də Belarusda müxalifətin üç lideri də daxil insan haqları qruplarının siyasi məhbus hesab etdikləri 530 dustağın dərhal azad olunmasına çağırıb.

Reuters agentliyi bildirir ki, Cenevrədə özünün illik İnsan Haqları Hesabatını təqdim edən Anais Marin deyib ki, Belarusda ötən il keçirilmiş mübahisəli prezident seçkisindən sonra vəziyyət pisləşməkdə davam edir:

"Belə repressiyalar yalnız totalitar rejimlərdə istifadə olunan metodları xatırladır”.

Marin bunu da deyib ki, Belarus hakimiyyəti özünün ifadə azadlığından istifadə edən 35 min nəfəri dəmir barmaqlıqlar arxasına atıb.

Məruzəçi yada salıb ki, Belarus müxalifətinin üç lideri də məhbus edilənlərin arasındadır və Lukaşenkanın təqiblərinə görə on minlərlə belaruslu xaricə qaçmalı olub.

Vaşinqton yeni sanksiyalara işarə edir

Elə eyni tədbirdə Vaşinqton Belarusun üzərinə yeni iqtisadi sanksiyalar qoyula biləcəyinə işarə edib.

ABŞ may ayında Ryanair aviaşirkətinin sərnişin təyyarəsi məcburən Minskə endiriləndən və təyyarədəki müxalifət jurnalisti həbs ediləndən sonra Alyaksandr Lukaşenkanın yaxın çevrəsinə və ölkə iqtisadiyyatının əsas sektorlarına sanksiyalar elan edib.

ABŞ nümayəndə heyətinin başçısı Bencamin Molinq deyib:

"Beynəlxalq normaların belə pozulması cavabsız qala bilməz”.

Molinq Ryanair təyyarəsi ilə bağlı insidenti “ürəkbulandıran” adlandırıb:

"Əgər lazım gələrsə, biz başqa tədbirləri nəzərdən keçirəcəyik”.

XS
SM
MD
LG