Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:28

Qərb İrana xəbərdarlıq edir


Natanz uran zənginləşdirmə zavodu
Natanz uran zənginləşdirmə zavodu

Avropanın üç naziri bunu İranın 2015-ci il nüvə sazişi öhdəliklərinin “ciddi pozuntusu” adlandırıb

Birləşmiş Ştatlar və Avropa ölkələri İrana xəbərdarlıq edirlər ki, uran zənginləşdirmə ilə bağlı son cəhdləri Vyanada nüvə sazişinin dirçəldilməsi üzrə danışıqlara təhlükə yarada bilər.

Bundan bir neçə saat öncə isə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın uranı 20 faizədək zənginləşdirmək istəməsi haqda məlumat yayıb. Bu addım nüvə silahının hazırlanmasında istifadə oluna biləcək materialların istehsalına yaxınlaşmaq deməkdir.

Vaşinqtonun çağırışı

Vaşinqton Tehranı real danışıqlara hazır, “işi tamamlamağa hazır mövqedə” Vyanaya qayıtmağa çağırıb. Dövlət Departamentinin sözçüsü Ned Prays belə deyib.

Prays deyib ki, İranın nüvə sazişi öhdəliklərini yerinə yetirməməsini gücləndirməsi narahatedicidir. “Bu, İran üçün geriyə daha bir uğursuz addımdır”, – o vurğulayıb.

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri də “dərin narahatlıq” bildirərək İranın addımının müzakirələrə təhdid yaratdığını deyiblər.

“İran son addımları ilə Vyana danışıqlarının uğurlu nəticəsinə təhdid yaradır”, – nazirlər bəyanatda vurğulayırlar. Onları İranı “yubanmadan” danışıqlara çağırıblar. “Biz dəfələrlə demişik ki, zaman heç bir tərəfin xeyrinə işləmir”, – bəyanatda deyilir.

Tədqiqat reaktoru üçün yanacaq

2015-ci il nüvə sazişinə Britaniya, Fransa, Almaniya, Birləşmiş Ştatlar, həmçinin Çin və Rusiya imza atıblar. Sazişin məqsədi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsi idi.

BAEA-nın 6 iyul bəyanatına görə, Tehran agentliyə bildirib ki, zənginləşdirilmiş uran İsfahandakı yanacaq istehsalı zavodunda yerləşən tədqiqat və inkişaf laboratoriyasına göndəriləcək.

Məqsəd tədqiqat reaktoru üçün yanacaq hazırlamaqdır, agentlik qeyd edir.

Avropanın üç naziri isə bunu İranın 2015-ci il nüvə sazişi öhdəliklərinin “ciddi pozuntusu” adlandırıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxıb. Prezident Co Bayden isə İranın öhdəliklərinə əməl edəcəyi halda sazişə yenidən qoşulmağa hazır olduğunu bildirib.

XS
SM
MD
LG