Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:30

Niderlandda jurnalist güllələnib


Piter R. de Vries
Piter R. de Vries

Vries cinayət qurbanlarının adından danışdığına görə tanınırdı

Kriminal sahə üzrə tanınmış niderlandlı jurnalist iyulun 6-da axşam Amsterdamda ağır güllə yarası alıb.

Piter R. de Vries “hazırda həyat uğrunda mübarizə aparır”, – Amsterdamın meri Femke Halsema jurnalistlərə deyib.

Vries cinayət qurbanlarının adından danışdığına görə tanınırdı. NOS televiziyası onun TV tok-şouda iştirakdan bir neçə dəqiqə sonra hücuma məruz qaldığını bildirir.

Media şahidlərə istinadla xəbər verir ki, 64 yaşlı jurnalist və televiziya aparıcısına biri başından olmaqla beş dəfə atəş açılıb.

Polis üç nəfərin saxlandığını bildirir, biri atəş açmaqda şübhəli bilinir. Hücumun mümkün səbəbləri açıqlanmır.

Mətbuat azadlığına hücum

Baş nazir Mark Rutte Haaqada mətbuat konfransında deyib ki, hücum “sarsıdıcı və ağlasığmazdır”.

“Bu, cəsarətli jurnalistə və miqyasına görə mətbuat azadlığına hücumdur, bu azadlıq demokratiyamız və hüququn aliliyi üçün əsasdır”, – o deyib.

“Qara gündür, təkcə Piter R. de Vriesə yaxın adamlar üçün deyil, həm də mətbuat azadlığı üçün”, – Ədliyyə naziri Ferdinand Qrapperhaus söyləyib.

Vries daha öncə polis mühafizəsi ilə təmin olunmuşdu. O, məhkəmələrdə qalmaqallı cinayət işlərində jurnalist kimi iştirakından dolayı təhdidlərlə üzləşirdi.

Avropa Şurasının Prezidenti Şarl Mişel iyulun 7-də tvitində yazıb ki, bu hücum “jurnalistikaya qarşı cinayət, demokratiya və hüququn aliliyi dəyərlərimizə hücumdur”.

“Mətbuat azadlığının müdafiəsini amansızlıqla davam etdirəcəyik”, – o əlavə edib.

Jurnalistləri Müdafiə Komitəsi hakimiyyəti “onun işinə görə hədəfə alındığını müəyyənləşdirməyə, hücum edənin və hücumun arxasına duranların mühakimə olunmasını təmin etməyə” çağırıb.

XS
SM
MD
LG