Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:24

Geğarkunikə Rusiya hərbçiləri yerləşdirilir


Geğarkunikdə sərhəd- nəzarət məntəqəsi
Geğarkunikdə sərhəd- nəzarət məntəqəsi

Qubernator rusiyalı sərhədçilərin sərhəd boyunca nə zaman yerləşdiriləcəyini açıqlamayıb, bunun bir neçə günə gerçəkləşəcəyini deyib

Rusiyanın səfiri də sərhəddən danışır

Ermənistan-Azərbaycan sərhədində rusiyalı hərbçilərinin sayının artırılması üzrə predmetli müzakirələr davam edir. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Azatutyun radiosunun sualına cavabında deyib.

Diplomat hansı razılaşmaların əldə olunduğunu açıqlamayıb. Daha öncə Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan sərhədə müşahidəçilər yerləşdirilməsini təklif etmişdi.

“Bilirsiniz ki, Sünikdə artıq rusiyalı sərhədçilər yerləşdirilib. Ermənistan-Azərbaycan sərhədində rusiyalı sərhədçilərin postları qurulub. Məqsəd vəziyyətin sakit və sabit qalmasıdır”, – deyən Kopırkin yerli sakinlərin özlərini adət etmədikləri yeni şəraitdə təhlükəsiz hiss etməsinin çox vacib olduğunu söyləyib.

“Burada iştirakın genişləndirilməsi üzrə predmetli müzakirələr, konsultasiyalar, həm də praktik planda aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizlik maraqlarına uyğun, sərhəddə sabitliyin təmin olunması, üçtərəfli formatda əldə olunmuş razılaşmaların reallaşması çərçivəsində aparılacaq”, – Kopırkin deyib.

Rusiya səfiri Azərbaycanda saxlanan ermənistanlı hərbçilərin qaytarılmasının Rusiya rəhbərliyi və Rusiya sülhməramlı qüvvələri üçün prioritetlərdən biri olduğunu deyib. İyulun 3-də Azərbaycana daha 15 erməni əsri qaytarılıb. Azatutyun indiyədək Azərbaycanın 103 erməni əsiri qaytardığını yazır.

***

Rusiya hərbçilərinin bir hissəsi artıq Ermənistanın Geğarkunik vilayətindədir. Müəyyən mərhələdən sonra onlar sərhəd boyunca yerləşdiriləcəklər. Bunu vilayətin qubernatoru Qnel Sanosyan iyulun 7-də mətbuat konfransında deyib.

“Birgə proses gedir, rusiyalı tərəfdaşlarımızın bir hissəsi, hərbçilər artıq regiondadır. Müəyyən mərhələdən sonra onlar sərhəd boyunca yerləşdiriləcəklər. Ermənistan və Azərbaycan silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Bundan sonra danışıqlar prosesi gedəcək və müəyyən ərazilərdə düzəlişlər aparılacaq”, – o vurğulayıb.

Üçtərəfli danışıqlar gedir

Qubernator danışıqların üçtərəfli xarakter daşıdığını, Ermənistan, Rusiya və Azərbaycan arasında keçirildiyini sözlərinə əlavə edib. Qubernator rusiyalı sərhədçilərin sərhəd boyunca nə zaman yerləşdiriləcəyini açıqlamayıb, bunun bir neçə günə gerçəkləşəcəyini deyib. Rusiyalı hərbçilərin müvəqqəti, yaxud daimi olaraq yerləşdiriləcəyini də hələlik, bilmədiyini söyləyib.

Sanosyan iyulun 6-da sərhəd atışmasından sonra sabitlik olduğunu, yeni insidentlərin qeydə alınmadığını vurğulayıb.

“Mayın 12-13-dən sonrakı vəziyyət sizə tanışdır, ciddi dəyişiklik yoxdur, zaman-zaman müəyyən insidentlər baş verir. Bu günlərdə baş vermiş insident nəticəsində hərbçilərimizdən biri yüngül yaralanıb. Hazırda vəziyyət sabitdir, yeni insident yoxdur”, – o deyib.

Xatırlatma

İyulun 6-da Azərbaycan tərəfi qanunsuz erməni silahlı dəstələrinin Ağdam rayonu ərazisində bölmələri atəşə tutduğunu, bir hərbi qulluqçusunun yaralandığını bildirib. İyulun 7-də isə Tovuz rayonu istiqamətində mövqelərin atəşə tutulduğu bildirilib.

Ermənistan Azərbaycan silahlı qüvvələrinin mayın 12-də sərhədi pozaraq onun ərazisinə girdiyini iddia edir. Azərbaycan isə sərhəd mövqelərini dəqiqləşdirdiyini deyir.

Sərhəddə son baş verənlər, üçtərəfli danışıqlar haqda Azərbaycan rəsmiləri açıqlama verməyiblər.

Azərbaycan ötən payız Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad etsə də, Laçın dəhlizinə və qoşunlarına təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG