Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:34

Ermənistan minalanmış ərazilərə dair heç bir öhdəliyinin olmadığını bildirir


Azərbaycan istehkamçıları Füzuli rayonunda
Azərbaycan istehkamçıları Füzuli rayonunda

Ermənistan XİN bildirir ki, 9 noyabr bəyanatında minaların təmizlənməsində tərəflər arasında əməkdaşlığa dair heç nə deyilmir

9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinə Ermənistan deyil, Azərbaycan mane olur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Armenpress xəbər agentliyinə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bəyanatını şərh edərkən Ermənistan XİN bildirib.

Bayramov iyulun 27-də serbiyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistanı üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl törətməkdə ittiham etmişdi.

Ermənistan XİN bildirib ki, Azərbaycan tərəfi bu razılaşmalardan heç bir ay keçməmiş 9 noyabr bəyanatının 1-ci bəndini pozub:

“Bu bəndə görə tərəflər tutduqları mövqelərdə qalmalı idilər. Azərbaycan isə Artsaxın (Qarabağ – red) Hadrut rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində hücuma keçib. Nəticədə bu məntəqələr tutulub, erməni hərbi qulluqçular öldürülüb və əsir götürülüb”.

Əliyevin Paşinyana verdiyi gündəlik: Sülh Müqaviləsi realdırmı?
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Əsirlərin qaytarılması

Rəsmi Yerevan iddia edir ki, Azərbaycan 9 noyabr bəyanatının 9-ci maddəsini də pozub. Bu bəndə əsasən tərəflərdə olan əsir və saxlananlar dəyişdirilməli idi.

Ermənistan XİN erməni hərbçilərə Bakıda məhkəmə qurulmasını beynəlxalq humanitar qanunun kobud şəkildə pozulması adlandırıb.

Nazirliyin bəyanatında deyilir ki, Azərbaycanın silahlı qüvvələri mayın 12-də Ermənistan Respublikasının şimalındakı ərazilərə müdaxilə edib və indiyədək orada qalır:

“Azərbaycan birləşmələrinin Ermənistan ərazisində olması faktını mahiyyətcə “Zəngəzur bizim əcdadlarımızın torpağıdır” deyən Azərbaycan prezidenti də təsdiq edib”.

Ara Papyan: 'Indi Rusiya və Azərbaycanın maraqları üst-üstə düşür'
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

“Dağlıq Qarabağ yoxdur” bəyanatı

Azatutyun yazır ki, son zamanlar Azərbaycan tərəfi Dalıq Qarabağ adında ərazi vahidinin mövcudluğunu inkar edən bəyanatlar verir.

Ermənistan XİN-in bəyanatında iddia olunur ki, bununla da Azərbaycan üçtərəfli bəyantın 7-ci bəndini pozub.

Nazirlik iddia edir ki, bu bəyanatda bütün tərəflər, o cümlədən onu imzalayan Azərbaycan “Dağlıq Qarabağ ərazisi” termininin olması ilə razılaşıblar.

Azərbaycan prezidenti İlham Əliyev bugünlərdə televiziyaya müsahibəsində demişdi ki, “Dağlıq Qarabağ”məhfumunu indiyədək yalnız münaqişə ilə əlaqədar işlədib, əslində isə belə bir inzibati ərazi mövcud deyil.

7-ci bənddə söhbət “müvəqqəti köçkünlərin Dağlıq Qarabağ ərazisinə qaytarılmasından” gedir.

Ermənistan XİN bildirir ki, Azərbaycan tərəfi “dəhliz açılmasına” dair bəyanatlar verməklə də məsələnin mahiyyətini təhrif edir.

Münaqişə zonasının minalardan təmizlənməsində Ermənistanın Azərbaycana kömək etməməsi barədə Bakının ittihamlarına gəlincə isə, Ermənistan XİN bildirir ki, 9 noyabr bəyanatında minaların təmizlənməsində tərəflər arasında əməkdaşlığa dair heç nə deyilmir:

“Minalardan təmizləmə sahəsində əməkdaşlığa dair heç bir öhdəliyinin olmamasına baxmayaraq erməni tərəfi Azərbaycana xoş məram əlaməti olaraq üçüncü tərəflərin vasitəsilə informasiyaları çatdırıb”.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG