Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:00

Oksigen çatışmazlığından 9 xəstə ölüb


Rusiyada xəstəxana, arxiv fotosu
Rusiyada xəstəxana, arxiv fotosu

Rusiya dünyada koronavirusun ziyan vurduğu ölkələr içində dördüncü yerdədir, indiyədək 6.5 milyona yaxın yoluxma qeydə alınıb

Rusiyanın cənubundakı Vladiqafqaz şəhərində yeraltı oksigen borusunun partlaması nəticəsində reanimasiya şöbəsin ətəchizat kəsilib, 9 xəstə vəfat edib. Xəbəri avqustun 9-da Rusiyanın xəbər agentlikləri yayıb.

“Doqquz koronavirus xəstəsi oksigen çatışmazlığından ölüb”, – TASS xəbər agentliyi yerli səhiyyə nazirliyinə istinadla xəbər verir.

Oksigen Mozdokdan gəlir

“Reanimasiya şöbəsindəki 71 nəfərin heç də hamısı oksigen təminatı altında olmayıb”, – nazirlikdən TASS-a deyilib.

Regional hakimiyyətin müdafiə nazirliyi ilə əldə etdiyi razılaşmaya görə, şəhər xəstəxanalarına oksigen Vladiqafqazdan 80 km şimalda yerləşən Mozdokdan verilir.

“Rezervuardan gələn yeraltı oksigen borusunda partlayış olub, oksigen təchizatı dayanıb”, – Vladiqafqazın yerləşdiyi Şimali Osetiya regionunun başçı əvəzi RIA xəbər agentliyinə deyib.

“Tibbi heyət süni nəfəs aparatına qoşulmuş xəstələri oksigen balonlarıyla birləşdirir. Oksigen balonlarını gətirməyə başlayıblar”,Sergey Menyailo deyib.

Ölümlə sonuclanan qəzalar

Pandemiya dövründə Rusiyada koronavirus xəstəxanalarında ölümlə nəticələnən qəzalar az olmayıb.

İyunda Moskvanın cənub-şərqində yerləşən Ryazanda xəstəxanada yanğında üç nəfər ölüb. Qəzaya səbəb kimi süni nəfəs aparatındakı nasazlıq göstərilib.

Ötən ilin mayında isə Moskva və Sankt Peterburqda xəstəxanalarda yanğınlarda bir neçə nəfər həlak olub. Həmin hadisələrə də süni nəfəs aparatında nasazlığın səbəb olduğu bildirilir.

Rusiya dünyada koronavirusun ziyan vurduğu ölkələr içində dördüncü yerdədir, indiyədək 6.5 milyona yaxın yoluxma qeydə alınıb.

165 min 650 ölümlə Rusiya Covid-19-dan ölü sayına görə Avropada birincidir. Hakim orqanlar isə pandemiyanın səviyyəsini azaltmağa çalışmaqda suçlanırlar.

XS
SM
MD
LG