Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:23

Almaniyada peyvənd olunmayanlar üçün qadağalar gəlir


Almaniyada etiraz aksiyası, 1 avqust, 2021-ci il
Almaniyada etiraz aksiyası, 1 avqust, 2021-ci il

Virus Malayziya, Tailand, İndoneziya, Vyetnam və Filippində tüğyan edir. Səhiyyə qadağaları isə region iqtisadiyyatlarına, ixracyönümlü emal sektoruna mənfi təsirini göstərməkdədir

Asiyanın bəzi yerlərində pandemiyanın ən pis dövrü yaşanır, yüksək yoluxucu delta ştammı sürətlə yayılır.

Cənubi Koreyada koronavirusa gündəlik yoluxmalar pandemiya başlanandan ilk dəfə olaraq 2 mini keçib.

Çin, Türkiyə

Bu ölkə pandemiyanı əsasən nəzarətdə saxlaya bilsə də, son həftələr yüksək yoluxucu delta ştammı ilə mübarizə aparır.

Virus Malayziya, Tailand, İndoneziya, Vyetnam və Filippində tüğyan edir. Səhiyyə qadağaları isə region iqtisadiyyatlarına, ixracyönümlü emal sektoruna mənfi təsirini göstərməkdədir.

Avqustun 11-də Çində daha 111 yeni yoluxma aşkarlanıb və ümumi yoluxma sayı son yeddi ayda ən yüksək həddə çatıb. Delta ştammı Pekinin virusa qarşı sərt siyasətinə meydan oxuyur. Ölkədə kütləvi testlər keçirilər, yerli miqyasda lokdaunlar tətbiq olunur, səyahətlərə qadağa qoyulur.

Türkiyədə gündəlik yoluxma sayı üç ayın maksimum həddinə çatıb, 26 min 600-ə yaxınlaşıb. Ölkə bu yay turizmdə dirçəlişə ümid bəsləyirdi.

Almaniya

Avropaya gəlincə, Almaniya da Fransa və İtaliya kimi peyvənd olunmayanların həyatını çətinləşdirmək yolunu tutub.

Federal hökumətlə vilayətlərin gəldiyi razılaşmaya görə, vaksin olunmayanlar, yaxud COVID-19-a yoluxmalayanlar qapalı məkanlara giriş üçün mütəmadi mənfi koronavirus testi təqdim etməlidirlər.

Kansler Angela Merkel deyib ki, ən geci avqustun 23-də qüvvəyə minəcək qaydalar adamları peyvənd olunmağa həvəsləndirəcək. Son həftələr ölkədə vaksinasiya səngiyib.

“Pis xəbər odur ki, vaksinasiyanın sürəti əsaslı şəkildə azalıb”, – Merkel mətbuat konfransında deyib.

“Ümid edirəm, yay tətillərindən sonra yenidən sürət yığacaq. Biz vaksinasiyada lazım olan yerdə deyilik”, – o söyləyib.

Hazırda ölkə əhalisinin 55 faizinin tam peyvənd olunduğu bildirilir.

Qonşu Fransada hökumət vətəndaşlardan gündəlik fəaliyyət üçün sağlamlıq pasportu tələb etməklə bağlı planını açıqlayandan sonra vaksinasiya sürətlənib. Amma plan kütləvi etirazlara da səbəb olub.

Qadağalar qayıdır

Merkel deyib ki, oktyabrın 11-dən hökumət pulsuz testləri də dayandıracaq, məqsəd adamları peyvəndə sövq etməkdir.

Bundan başqa, fiziki məsafə və maska taxmaq qaydaları bir çox ictimai yerlərdə, ictimai nəqliyyatda yenidən qüvvəyə minəcək.

Almaniya rəsmilər delta ştammının payız öncəsi yoluxmaları daha da artıracağından narahatdırlar.

Bavariya lideri Markus Şoeder yoluxmaların dördüncü dalğasıyla bağlı xəbərdarlıq edib.

“Dördüncü dalğanın payıza mütləq gələcəyi aydındır. Mövcud yoluxma səviyyəsi qayğısız yanaşmaya əsas vermir”, – o deyib.

Merkel isə qeyd edib ki, peyvənd olunmuşlar daha lokdaun şəraitində yaşamayacaqlar.

“Vaksin təsirini göstərdiyi müddətdə vaksin olunanlar vətəndaş hüquqlarından istifadə edə biləcəklər”, – o deyib.

XS
SM
MD
LG