Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:40

'İslam Dövləti-Xorasan' çoxmu təhlükəlidir


Kabil aeroportuna hücumdan sonra, Taliban döyüşçüsü keşik çəkir
Kabil aeroportuna hücumdan sonra, Taliban döyüşçüsü keşik çəkir

Birləşmiş Ştatların ən böyük qorxularından biri də odur ki, Əfqanıstan "Taliban"ın idarəçiliyi altında Qərbə qarşı hücumlar planlaşdıran ekstremistlər üçün maqnitə və bazaya çevrilər.

“İslam Dövləti” qruplaşmasının bir qanadı olan “İslam Dövləti Xorasan” altı il öncə Əfqanıstanın şərqində formalaşmağa başlayıb, sürətlə böyüyərək dünyada terror təhdidlərindən birinə çevrilib. Avqustun 26-da Kabil aeroportuna hücuma görə bu qruplaşma məsuliyyəti götürüb.

“The Associated Press” yazır ki, ABŞ-ın başçılıq etdiyi koalisiya tərəfindən illər boyu hədəfə alınmasına baxmayaraq qruplaşma Taliban hakimiyyətə keçdiyi bir dönəmdə belə yeni bir iri hücum gerçəkləşdirə bilib.

ABŞ Prezidenti Co Bayden Əfqanıstandan əsgərlərin çıxarılması üçün 31 avqust tarixinə əməl etməsini məhz İslam Dövlətinin hücum təhdidləri ilə əlaqələndirib. Prezident dünən bu qruplaşmanı qisasla hədələyib.

Üzvləri kimlərdir

Agentlik yazır ki, İslam Dövlətinin Orta Asiya qanadı qruplaşmanın əsas döyüşçülərinin 2014-cü ilin yayında Suriya və İraqda xilafət yaratdığı bir dönəmdə əmələ gəlib. Sonradan yerli və beynəlxalq qüvvələr Suriya və İraqda xilafəti dağıtmağa düz beş il sərf elədilər.

Əfqanıstan qanadının adı Xorasan vilayətindən qaynaqlanır. Orta əsrlərdə bu region Əfqanıstanın, İranın və Orta Asiyanın çox hissəsini əhatələyirdi.

Yüzlərlə pakistanlı talibançı hərbi əməliyyatlar nəticəsində öz ölkəsindən çıxarıldıqca Əfqanıstanla sərhədə sığınıblar. Sonradan ekstremistlər, Talibanın mötədil və dinc metodlarından narazı əfqan tralibançılar da onlara qoşulub.

Taliban son illər Birləşmiş Ştatlarla sülh danışıqları apardığı bir vaxtda narazı talibançılar ekstremist İslam Dövlətinə qoşularaq onun sıralarını genişləndiriblər. Qruplaşma Özbəkistan İslam Hərəkatından, İranın yeganə sünni müsəlman çoxluğu yaşayan vilayətindən, Çinin şimal-şərqində uyğurlardan ibarət Türküstan İslam Partiyasından da xeyli üzvlər cəlb edib.

Onları qruplaşmanın zorakı və ekstremist ideologiyası cəlb edirdi. Buraya islam dünyasını birləşdirəcək xilafət yaratmaq vədləri də daxil idi ki, Taliban heç bundan danışmazdı.

Yaratdığı risk

Taliban mübarizəsini daha çox Əfqanıstanla məhdudlaşdırırsa, İslam Dövləti Xorasan bütün dünyada qeyri-müsəlmanlara cihad elan edib.

2017-ci ilin yanvarından qruplaşma Əfqanıstanda və Pakistanda dinc sakinlərə qarşı onlarla hücum həyata keçirib, Əfqanıstan, Pakistan və beynəlxalq koalisiya qüvvələri ilə yüz dəfələrlə toqquşub. Hesablamanı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzi aparıb.

Birləşmiş Ştatların özündə hansısa hücumun baş verməməsinə baxmayaraq, ABŞ hökuməti inanır ki, bu qruplaşma Cənubi və Orta Asiyada Birləşmiş Ştatların və müttəfiq maraqlarına xroniki təhdid yaradır.

Onlar Talibanla düşməndirlər. Kəşfiyyat cameəsi əl-Qaidə döyüşçülərinin də Talibana inteqrasiya etdiyinə inanır. Amma Taliban Əfqanıstanda İslam Dövlətimə qarşı böyük, koordinasiyalı hücumlar həyata keçirib. Taliban qiyamçıları zaman-zaman Birləşmiş Ştatların dəstəklədiyi qüvvələrə qoşularaq Əfqanıstanın şimal-şərqindən İslam Dövlətini sıxışdırıb çıxarmağa çalışıblar.

Talibanla birləşmək?

Müdafiə Departamentin rəsmisinin agentliyə anonim qaydada söyləməsinə görə, Tramp administrasiyası 2020-ci ildə Talibanla hərbçilərini çıxarmaq haqda sövdələşmə əldə edəndə bu qruplaşmaya qarşı onunla qüvvələrini birləşdirməyə ümid edirdi. Administrasiya qruplaşmanı Amerikanın özünə real təhdid sayırdı.

Birləşmiş Ştatlar Əfqanıstanda İslam Dövlətini izləyərək onu vura bildiyi vaxtlarda belə qruplaşma yaraqlıları hücumlarını davam etdiriblər. Bunu təhlilçilər Amira Cadun və Endry Maynz qeyd edirlər.

Hərbçilərini çıxarmaqla isə Birləşmiş Ştatlar Əfqanıstanda yerində zərbə vurmaq qabiliyyətini itirir, agentlik yazır. Bayden rəsmiləri də deyirlər ki, İslam Dövləti çoxsaylı qlobal terror təhdidlərindən yalnız biridir.

Elə Birləşmiş Ştatların ən böyük qorxularından biri də odur ki, Əfqanıstan Talibanın idarəçiliyi altında Qərbə qarşı hücumlar planlaşdıran ekstremistlər üçün maqnitə və bazaya çevrilər.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Salivan ötən həftəsonu CNN-ə deyib ki, “biz əlimizdəki alətlərlə bu təhdidə fokuslanmışıq”.

XS
SM
MD
LG