Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:57

Bayden Əfqanıstan qərarına görə ‘məsuliyyəti’ götürür


Co Bayden
Co Bayden

Bayden İslam Dövləti-Xorasan (İD-X) yaraqlılarına da mesaj göndərib. “Sizinlə işimiz bitməyib”, – Bayden deyib.

ABŞ Prezidenti Co Bayden avqustun 31-də televiziya çıxışında Əfqanıstandakı son addımlarla bağlı deyib ki, onun seçimi ölkədən “ya çıxmaq, ya da vəziyyəti gərginləşdirmək” idi və o, qərarı üçün “məsuliyyəti” götürür.

Baydenin sözlərinə görə, əsgərlərin çıxarılması “digər ölkələri yenidən qurmaq üçün böyük hərbi əməliyyatlar erasının sonu deməkdir”.

“Bizim daha Əfqanıstanda uzunmüddətli missiya məqsədimiz yox idi. Bu düzgün qərardır. Müdrik qərardır. Amerika üçün ən yaxşı qərardır”, – o vurğulayıb.

Birləşmiş Ştatlar və müttəfiqləri avqustun 14-dən Kabildən 123 mindən çox əcnəbini və risk altında olan əfqanı çıxarıb.

Avqustun 15-də isə Taliban Kabili tutdu. Yaraqlılar dörd aydı ölkədə sürətlə irəliləyirdilər. ABŞ-ın başçılıq etdiyi beynəlxalq əsgər kontingenti mayın 1-də qüvvələri rəsmən çıxarmağa başladılar.

“Bu əbədi çıxışı uzadan deyildim”

“Bu əbədi müharibəni uzatmaq fikrində deyildim. Bu əbədi çıxışı uzadan deyildim”, – Bayden bildirib.

Onun sözlərinə görə, Əfqanıstan münaqişəsində davamlı iştirak Birləşmiş Ştatların “zəruri milli maraqları”na uyğun deyil.

“Mən sadəcə inanmıram ki, Əfqanıstana milyardlarla dollar xərcləməklə və minlərlə Amerika əsgərini yerləşdirməklə Amerikanın təhlükəsizliyi güclənir”, – deyən Bayden onu da əlavə edib ki, onun prioriteti Əfqanıstan ərazisindən Birləşmiş Ştatlara daha bir zərbə endirmək üçün heç vaxt istifadə olunmamasını təmin etməkdir. O, 20 il öncə Al-Qaeda lideri Osama bin Ladenin rəhbərliyi ilə ABŞ-a 11 sentyabr terrorunu nəzərdə tutub.

Talibanın Kabil aeroportunu tam nəzarətə almasından, ABŞ-ın sonuncu hərbi təyyarəsinin göyə qalxmasından sonra Pəncşir vilayətində müqavimət hərəkatıyla döyüşlər haqda məlumat gəlib.

Bayden isə çıxışında “işin hələ bitmədiyini” də vurğulayıb.


Talibana “təzyiq vasitələri” var

Hazırda Əfqanıstanda azı 100 amerikalının qaldığı bildirilir. Bayden deyib ki, həmin amerikalılarla bağlı son tarix yoxdur. “Onlar gəlmək istəsələr, onları çıxaracağıq”, – prezident söyləyib.

Onun sözlərinə görə, Dövlət katibi Entoni Blinken istənilən amerikalı, yaxud digər əcnəbini, yaxud əfqan tərəfdaşın təhlükəsiz çıxışı üçün diplomatik cəhdlərə başçılıq edir.

“Taliban Əfqanıstanda televiziya, yaxud radio ilə açıq öhdəlik götürüb ki, amerikalılarla işləyənlər də daxil olmaqla, getmək istəyən hər kəsə təhlükəsiz çıxış veriləcək. Biz onların ancaq sözlərinə deyil, hərəkətlərinə qiymət veririk, həmin öhdəliklərə əməl etmələri üçün əlimizdə təzyiq vasitəsi var”, – o deyib.

Bayden İslam Dövləti-Xorasan (İD-X) yaraqlılarına da mesaj göndərib. Həmin qruplaşma avqustun 26-da 13 ABŞ əsgəri daxil olmaqla azı 100 nəfər həlak olub. Bəzi mənbələr bu rəqəmin azı 180 olduğunu yazır.

“Sizinlə işimiz bitməyib”, – Bayden deyib.

XS
SM
MD
LG