Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:25

Rusiya ABŞ şirkətlərini ‘seçki müdaxiləsində’ ittiham edir


ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan
ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan

Moskva Rusiya Dövlət Dumasına seçkilər ərəfəsində ABŞ texnoloji şirkətlərinin Rusiya qanunlarını pozmasına dair sübutlara malik olduğunu bildirir

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Birləşmiş Ştatların ölkədəki səfiri Con Sallivan ABŞ texnoloji şirkətlərinin Rusiya seçkisinə “müdaxiləsi” iddiası ilə bağlı nazirliyə dəvət olunub.

Rusiya XİN bildirir ki, xarici işlər naziri Sergey Ryabkov sentyabrın 10-da cənab Sallivanı qəbul edib.

Moskva Rusiya Dövlət Dumasına seçkilər ərəfəsində ABŞ texnoloji şirkətlərinin Rusiya qanunlarını pozmasına dair sübutlara malik olduğunu bildirir.

Rusiya XİN-in Ryabkov-Sallivan görüşü barədə bəyanatında deyilir:

"Söhbət zamanı Rusiya tərəfinin Amerikanın rəqəmsal nəhəngləri tərəfindən Dövlət Dumasına və Federasiya Şurasına seçkilərə hazırlıq və onların keçirilməsinə dair Rusiya qanunvericiliyinin pozulduğunu göstərən danılmaz sübutlara malik olduğu vurğulanıb”.

20 dəqiqə və “şərhsiz”

Rusiyanın TASS və RIA Novosti dövlət xəbər agentlikləri bildirirlər ki, Sallivan Rusiya XİN-də cəmi 20 dəqiqə olub və bu barədə heç bir şərh verməyib.

Rusiya XİN-in bəyanatında təfərrüatlar bildirilməyib, lakin son aylarda Moskva, prezident Vladimir Putin də daxil Facebook, Twitter və WhatsApp kimi platformaları Rusiya qanunlarını pozmaqda ittiham edib.

Rusiya iddia edir ki, ABŞ texnoloji şirkətləri rusiyalı istifadəçilərin məlumatlarını Rusiyadakı serverlərdə saxlamalıdırlar.

Bir çox tənqidçilər rəsmi Moskvanın bu kimi iithamlarının əsassız olduğunu bildirirlər.

Onlar deyirlər ki, Moskva Dövlət Dumasına sentyabrın 17-19-da keçiriləcək seçki ərəfəsində hakim Vahid Rusiya partiyasının kəskin düşmüş reytinqindən narahatdır.

XS
SM
MD
LG