Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:49

Ana: 'Belə getsə, uşaqları məktəbə göndərə bilməyəcəyəm' 


Məktəbli uşaqlar, arxi foto
Məktəbli uşaqlar, arxi foto

Eldar Zeynalov Azərbaycanda iş axtaran gənc ailə başçılarından biridir. Hər gün sübh tezdən iş tapmaq ümidi ilə evdən çıxdığını söyləyən gənc əlavə etməsinə görə, pandemiya dövründə çox vaxt evə əliboş qayıdır.

Deyir belə olanda evə dönmək istəmir, ya da hava qaralandan sonra dönür ki, uşaqları onu əliboş görməsinlər.

“Qaranlığın çökməsini gözləyirəm ki, 3 uşağım məni əliboş görməsin”

(Rəsmi məlumata görə, Azərbaycanda 154 min gənc işsizdir. Müstəqil mənbələr bu rəqəmin daha yüksək olduğunu deyirlər)

Eldar Zeynalov deyir ki, qayğıları artıb, 2 uşağı bu il məktəbə getməlidir. Onun sözlərinə görə, uşaqlarının nə dərs ləvazimatları, nə də paltarları var:

“Yağış, qar olanda evdə ac qalırıq”

“Evimizdə heç kimin daimi işi yoxdur. Onun-bunun qapısında işləyirik, 5-6 manat verirlər. Bu pandemiya olandan sonra iş yerləri də azalıb. Qəsəbədə kasıb, imkansız çoxdur. Qazandığım pul da ancaq çörəyə çatır. On günüdür ki, evdəyəm. Ayda 8-10 gün iş olur. Yağış, qar olanda evdə ac qalırıq. İndi də bahaçılıqdır. 10 manata nə almaq olar? Bir kilo ət edir. Ət alanda çörək ala bilmirik. Buna görə ət almırıq.”

Eldar Zeynalovgilin evi
Eldar Zeynalovgilin evi

Zeynalovların yaşadığı ev Astara rayonun Ərçivan qəsəbəsi-nin sonunda yerləşir. Köhnə evlərdəndir. Evdə təbii qaz, işıq yoxdur:

“Ev nənəmin adınadır. Nənəm 7 ildir ölüb. 60-70 ilin evidir. Yağış yağanda içəriyə tökülür. Təmir edirəm, alınmır. Neçə gündür yağış yağır. Qabları damda düzmüşük. Gəlirlər, baxırlar, deyirlər ki, dədə-baba evidir, sizə yardım düşmür. İcra hakmiyyəti başçısı nümayəndə göndərmişdi, heç nə...”

“Ünvanlı sosial yardım da ala bilmirik”

Onun deməsinə görə, ünvanlı sosial yardım da ala bilmirlər:

“Deyirlər ki, sizdə pay torpağı var. Hər gün bahalaşma gedir. Pul da dəyərdən düşür. Gedirsən, dərdini danışrsan, dinləyirlər, heç nə etmirlər. İcra orqanı, bələdiyyə deyir ki, gedin yaşayın. Necə yaşayaq? Bu suala cavab yoxdur.”

Onun deməsinə görə, pay torpağından isə istifadə edə bilmirlər.

Vurğulamasına görə, işlə bağlı müraciət etmədiyi yer də qalmayıb:

“Kasıb bu ölkədə hüquqsuz bir adamdır”

Eldar Zeynalov
Eldar Zeynalov

“İcra Aparıtına gedirsən, deyir ki, get məşğulluq idarəsinə. İdarədə isə deyirlər ki, iş yoxdur. Kasıb bu ölkədə hüquqsuz bir adamdır. Nə deyə bilərəsən? Yazırsan, əhəmiyyət vermirlər. Səsini qaldırırsan həbs edirlər...”

“Özüm də ürək xəstəsiyəm”

Eldar Zeynalovun həyat yoldaşı Nəzakət Qafarova söhbətə qoşulur:

“Uşaqlardan biri birinci sinifə, ikincisi isə hazırlığa gedəcək. Keçən il yaxşı insanlar kömək etdi, uşaqlara geyim aldıq. Belə getsə uşaqları məktəbə göndərə bilməyəcəyəm. Dərs ləvazimatı, paltar,ayaqqabı almalıyam. Ala bilmirəm. Pul yoxdur. Özüm də ürək xəstəsiyəm. Dərman ala bilmirəm. Həyat yoldaşımın işləmək imkanı var, amma iş tapa bilmir. Sonuncu uşağımın ayaqlarında problem var. Deyirlər müalicəsi var, amma müalicə edə bilmirik.”

Astara sakini: "Qoy gülsünlər mənə, bu ləyəndə çimirəm"
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

“Çörəyi mağazadan nisyə alırıq”

Onun sözlərinə görə, qohumları da kasıbdırlar:

“Özlərinə çörəkyi güclə tapırlar.Allahın umuduna qalmışıq. Qayınatam,qayananam,qaynım xəstədirlər. İşləmək qabiliyyətini itiriblər. Görün ev nə gündədir? Çörəyi mağazadan nisyə alırıq. O, da hər dəfə vermir. Gərək heç olmasa bir həftənin pulunu ödəyəsən ki,sənə çörək versin. Mağazaya 200 manat borcumuz var.”

Astara rayon İcra Hakimiyyəti başcısının Ərçivan qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi Cəbrayil Salmanov isə kasıblara kömək göstərildiyini söyləyir:

Rəsmilərin dedikləri...

Arxiv foto
Arxiv foto

“Onu tanıyıram. Atası ilə qalır, 3 uşağı var. Şikayyəti əsasında 1-2 dəfə evində olmuşuq. Başçının da qəbulunda olub. İmkan daxilində ona köməklik olunub. Təşkilatlar tərəfindən yardım ediləndə, onu nəzərdə tuturuq. Torpaq deyəndə ki, rəhmətlik nənəsin adınadır. Şəxsi mülkiyyətidir. Üç yerdə torpaqları var. Bu torpaqlardan başqaları istifadə edir. Uzun müddət torpağa sahib çıxmayıblar, torpaq düşüb başqasının əlinə. O da oradan çıxmır. Biz də bu işə qarışa bilmirik. Mübahisəlidir. Məhkəmə yolu ilə bu məsələ həllini tapmalıdır.”

O, işlə bağlı isə bunları deyib:

“Bu adamın təhsili, peşəsi yoxdur. İş istəyənlərin növbəsi var. Əsasən Qarabağ veteranlarının, şəhid ailələrinin problemləri ilə məşğuluq.Birinci növbədə onlar işlə təmin olunurlar.”

Məsələ ilə bağlı rayon məşğulluq idarəsi ilə isə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG